Bir çox xəstəlikləri məhv edən və cavanlaşdıran TƏBİİ ŞİRƏ

  • 2018.03.23 15:35
  • 19228 Baxış
Bir çox xəstəlikləri məhv edən və cavanlaşdıran  TƏBİİ ŞİRƏ
Çuğundur, kök və alma şirəsi sağlamlıq üçün çox faydalıdır. Çünki o, qanı təmizləyir, orqanizmi detoksifikasiya edir və arıqlamağa kömək edir. Bu meyvə və tərəvəzlərin şirəsi bədənə bütün gün ərzində gümrahlıq hissi verir və bir çox xəstəlikdən qoruyur.


Medicina.az Publika.az-a istinadən oxucuları bu heyranedici və faydalı içkinin resepti ilə tanış edir.


A Vitamini


Kök A vitamini ilə zəngindir, bu vitamin görmə qabiliyyətini yaxşılaşdırır və immuniteti artırır.


В6 vitamini


Çuğundur В6 vitamininin zəngin mənbəyidir. Onda metabolizmi və neyrotransmitterov sintezi üçün lazım olan amin turşuları var.


B9 vitamini


Çuğundur və kökün tərkibinə daxil olan bu vitamin fol turşusu kimi də tanınır.


C vitamini


Hər üç inqrediyentin tərkibində çoxlu C vitamini daxildir. O, immun sistemini artırır, bir çox xəstəliyin, hətta xərçəngin qarşısını alan güclü antioksidant sayılır. Çuğundur, kök və alma şirəsi həmçinin həzmi yaxşılaşdıran sellüloz da ehtiva edir.


Bu təbii içkinin üstünlüyü nədir?


Qadın sağlamlığını yaxşılaşdırır


Bu içki menstruasiya ağrılarını sakitləşdirir, ağrılı qıcolmaları və digər premenstrual sindrom əlamətlərini azaldır. O, həmçinin orqanizmi dəmirlə təmin edir və menstrual tsiklin zamanı yorğunluğu aradan qaldırır.


Ürək və qan damarlarını qoruyur


Kök şirəsində olan fitonutrientlər, alfa, beta-karotin və lyutein ürək sağlamlığına görə cavab verir. Alma pis xolesterinin səviyyəsini aşağı salır, qan təzyiqini tənzimləyir və ürəyi qoruyur, çuğundur şirəsi isə damarların elastikliyini artırır və xolesterin səviyyəsini azaldır.


Dəri sağlamlığını yaxşılaşdırır


Bu təbii cövhər dərinin vəziyyətini yaxşılaşdırır, qara nöqtə və sızanaqları müalicə edir. O, dərini müxtəlif xəstəliklərdən, iltihablanmadan, virus, bakterial infeksiya və allergiyadan qoruyan güclü xüsusiyyətlərə malikdir. İçki dərinin elastikliyini bərpa edir, dərinin zədələnməsi aradan qaldırır, eləcə də qırışların yaranmasını ləngidir və tədricən qarşısını alır.


Görmə qabiliyyətini yaxşılaşdırır


Bu şirə qızarmış, quru və yorğun gözlərin öhdəsindən gəlməyə sizə kömək edəcək. O, həmçinin görmə qabiliyyətini yaxşılaşdıracaq və göz sağlamlığı dəstəkləyəcək.


İnqrediyentlər:


1 çuğundur


1 kök


1 alma


Hazırlanma qaydası və tətbiqi:


Alma, kök və çuğunduru yaxşıca yuyun, amma qabıqlarını soymayın. Xırda hissələrə bölüb blenderdən keçirin.


Hazırlanmış içkini səhər acqarına için, yalnız səhər yeməyini bir saatdan sonra yeyin. Bu 3 inqrediyentdən hazırlanan içkinin tərkibində enerji mənbəyi olan şəkər var odur ki, şirəni səhər içmək tövsiyə olunur. İçkini səhər yeməyindən əvvəl və axşam yatmazdan 5 saat əvvəl olmaqla gündə iki dəfə içə bilərsiniz.


Müalicə müddəti insandan asılıdır. Bəzi hallarda bir ay bəs edir, bəzi adamlara isə bu təbii şirəni 3 ay ərzində içmək tövsiyə olunur.