Bir-biri ilə yola getməyən ər-arvadın gələcəkdə diabet olma riski yüksəkdir - ALİMLƏR

  • 2018.10.20 15:39
  • 12404 Baxış
Bir-biri ilə yola getməyən ər-arvadın gələcəkdə diabet olma riski yüksəkdir -  ALİMLƏR
Pensilvaniya ştatında aparılan yeni araşdırma 2 qrup yaşlı insanları əhatə edib: bir qrup artritli, digər qrup diabetli  pasiyentlər idi. 

Onlara ailə daxili münasibətləri izləyən gündəlik tutmaları tapşırığı verilmişdi. 


Öz əri və ya arvadı ilə gərgin münasibəti olan pasiyentlər ər-arvad arasında mübahisə və gərginlik olan gün vəziyyətlərinin pisləşdiyini və ağrılarının artdığını qeyd ediblər.


Medicina.az xəbər verir ki, Pensilvaniya ştatının Dövlət Sağlamlıq Mərkəzinin professoru Linn Martir   bunun səbəbini belə izah edib:


" Biz əvvəlki araşdırmalarımızda təyin etdik ki, nikah və evliliyindən narazılıq fiziki, psixoloji sağlamlığa mənfi təsir edir. Bu təcrübəmiz xroniki xəstəliklərin gedişatına təsirinə həsr olundu. Xroniki xəstəliklərin simptomlatının gündəlik dəyişməsi ər-arvad arasındakı mübahisə, davranış, adi söhbətdən belə asılıdı.

Pasiyentlərin 22 günlük gündəliklərinin nəticəsi onu göstərdi ki, ən xırda gərginlik yaşanan gün artritli ağrıları və diabetli xəstələrin şəkər səviyyəsi artıb. Bundan başqa, artirli xəstələrin ağrısının artması onların sabahkı gününü də gərgin edib. Bu, çıxılmaz labirint kimidir.  Ona görə biri və ya hər ikisi xroniki xəstə olan cütlüklərə ilboyu psixoloji yardım və müdaxilələr lazımdır”.