BölmələrRU
Xidmətlər
 

Bioloji təbabətdə Hepatit xəstəliyinin müalicəsi – Əsl səbəb və müalicə başqadır


Qaraciyərin iltihabi zədələnməsinin əsas səbəbi hepatit virusları hesab olunsa da, alkoqol, qida maddələri, kimyəvi dərmanlar, narkotik maddələr də zədələyici təsirə malikdir. 

Hepatit virusları dinamik dəyişən viruslara aiddir. Çox az xəstələrdə o özünü aqressiv biruzə verir. Qaraciyərin iltihabı müalicə oluna bilər, lakin xroniki formaya, daha sonra sirroza keçə bilər. 

Qaraciyərin virus mənşəli iltihabının 50%nə A virusu səbəb olur. Bu xəstələrdə proqnoz yaxşı olur. 
Hepatit C birbaşa qaraciyər hüceyrələrini dağıdır. 
Hepatit B-də ehtimal edilir ki, virus birbaşa qaraciyər hüceyrəsini zədələmir, lakin yoluxmuş hüceyrələr autoimmun reaksiya nəticəsində zədələnir. 
Virusların orqanizmə hücumu heç də həmişə xəstəlik demək deyil. Orqanizmin müdafiə və tənzimləyici imkanları yüksək olduqda xəstəliyin kliniki simptomları və əlamətləri özünü biruzə vermir, belə ki, biz xəstəliyi illərlə kompensasiya edə bilərik. 

Toksiki yüklənmə, turşuluğun artması, stress, elektromaqnit şüalanma, qida allergiyası kimi faktorlar orqanizmin tənzimləyici imkanlarını azaldır. 
Xəstəlik təkcə səbəb nəzərə alınaraq müalicə olunmamalıdır, insana bütövlükdə yanaşılmalıdır. Alman alimi Enderlayn deyirdi: Müasir təbabət xəstəliklər haqqında çox şeyi bilir, lakin həyat haqqında heç nəyi bilmir. Həyati sualların cavabı təbabətdə yox, biologiyadadır”.
Ona görə hepatitə şübhə olduqda birinci xəstənin anamnezini toplamaq lazımdır. Pasiyentin həyat tərzini aydınlaşdırmaq, məruz qaldığı yüklənməni və qidalanma vərdişlərini aşkar etməkdən başlamaq lazımdır.

Xroniki hepatitlərin səbəbləri:
-Antibiotiklər
-Ağır metallarla intoksikasiya
-Mikroelement çatışmazlığı
-Uzunmüddətli stress
-Dişlərdə infeksiya
-Bağırsaq pozulmaları
-Konservantlı zərərli qida
-Yağ metobolizminin pozulması

Dəqiq laborator və texniki analizlərdən müayinələrdən sonra hepatit virusu təsdiqlənirsə, bioloji təbabətlə müalicəyə başlanılır. 
Istənilən hepatitin müalicəsi qaraciyər hüceyrələrinin metobolizminin yaxşılaşdırılması ilə başlayır.  Sağ qabırğaaltı seqmentinə həftədə 1 dəfə nevral terapiya aparılır. 

Bundan əlavə bağırsaqların təmizlənməsi aparılır, hidrokolinterapiya ilə bağırsaqlar yuyulur. 
Sağalmağa doğru yol dərmanlarda yox, mətbəxdən keçir. 

Hepatitli xəstələr bu qida rejiminə əməl etməlidir:
-Içkidən tam imtina
-İnək südündən tam imtina
-Buğda unundan hazırlanmış hər bir şeydən imtina
-Doymuş yağlardan imtina
-Enerji ilə zəngin qidalar yemək
-Ozon terapiya 

 Sonda biz müalicəmizə əlavə etdiyimiz öksəotunu (omela)qeyd etmək istəyirik.  Qaraciyər kompressləri də əlavə metod kimi əhəmiyyətlidir. 
Qaraciyərin virus hepatitlərinin bioloji təbabət metodları və Almaniya istehsalı biotənzimləyici preparatlarla müalicəsi daha uzun müddətli effektə malikdir.

Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında