Beyində oksigen aclığının əlamətləri – Baş sıxılması, ürəkdöyünmə, ağrı varsa...

  • 2018.10.23 19:36
  • 168364 Baxış
Beyində oksigen aclığının əlamətləri –  Baş sıxılması, ürəkdöyünmə, ağrı varsa...

Baş beyin – bədəndə ən çox hava, oksigen, qandan ən çox qidalı maddələri tələb edən orqandır. Ona görə o, daha çox oksigen aclığına həssasdır və bunu zamanla biruzə verir. Sinir hüceyrələri oksigen aclığına-hipoksiyaya çox həssasdır. 


Beyində, başda oksigen catışmazlığını göstərən əlamətlər bunlardır. Baxdıqda, bəlkə də çoxunuzda var:


-Başgicəllənmə - oksigen çatışmazlığının birinci əlamətidir, vestibulyar aparat pozulur, səndirləmə, qulaqlarda uyultu, küy olur

-Baş ağrıları, spazmlar

-Ürəkbulanma, qusma

-Halsızlıq, zəiflik

-Əsəbi oyanlıqlıq, psixoz

-Bənizin, əllərin ağarması


-Gözlərdə qaranlıq, sayrışma

-Ürək döyünmə, nəbzin artması

-Uzunmüddətli hipoksiyada huşun itməsi, bayılma və koma


-Xroniki hipoksiyada vegetativ pozuntular, başda sanki pulsasiya, döyünmə, istilik, gözlərdə qaralma, görmədə zəiflik, boyunda istilik, ürək nahiyədə ağrı, təngnəfəslik müntəzəm hiss olunur.


Beyin oksigensiz cəmi 5-7 dəqiqə dözə bilər. Ondan sonra bioloji ölüm baş verir. 


Əgər beyin oksigenlə təchiz olunmursa və bundan sinir sistemi, sinir hüceyrələri zərər görübsə, o zaman insult sonrası depressiya, yaddaşın itməsi, qıcıqlanma, oyanıqlıq, apatiya baş verir


Beynin havasız qalmasının səbəbləri


-Xroniki xəstəliklər

-Uzun müddətli ağır iş

-Ümumi qan dövranında pozulmalar, damarların tutulması


-Ağciyər xəstəlikləri

-Anemiya

-Ürək-damar xəstəlikləri

-VSD, nevroz

-Diabet, zob, hipertireoz


Peşə və iş yeri ilə bağlı


Çox hipoksiyalar insanlarda iş yeri ilə bağlı olur. Hündürlükdə çalışanlar, şaxta, metro, quyu, sualtı, qapalı yerlərdə çalışanlar, otaqlarda normal havalandırıcı olmayan yerlərdə çalışanlar, zərərləli maddələr udanlarda daha çox rast gəlinir



Müayinə


Hipoksiyanı nevroloq təyin edir. Müayinə üçün qan analizi, MRT, EXQ və digər müayinələr təyin olunur. 


Müalicəsi


Kompleks olmalıdır. Səbəb, hipoksiyanın kökü, növü, hardan qaynaqlandığına uyğun seçilir. Beyin hüceyrələrini normal qan, oksigenlər təmin etmək üçün hiperaritik oksigenasiya aparılır. 


Eləcə də qan köçürmə, qanın oksigenlə təchizarı, oksigenterapiya, plazmafarez, stereod hormonların təyini, qan dövranı normallaşdıran preparatlar təyin olunur. 


Profilaktika məqsədilə insan beyin oksigen aclığının xronikliyə keçməsinin qarşısını almaq lazımdır. Aktiv idman, açıq havada 1-2 saat gəzməz, təmiz hava,düzgün qidalanma, işlədiyiniz yerin və yatdığınız otağın havalandırılması, masaj, müxtəlif tənəffüs gimnastikaları, hərəkətləri olunmalıdır.

Zərərli peşədə çalışanlar hər 2 saatdan bir təmiz hava almağa çalışmalıdır. 

 


Beyində oksigen aclığının əlamətləri –  Baş sıxılması, ürəkdöyünmə, ağrı varsa...
Beyində oksigen aclığının əlamətləri –  Baş sıxılması, ürəkdöyünmə, ağrı varsa...