Beyin qansızmasının yeni müalicəsi - Video

  • 2017.06.07 14:04
  • 22747 Baxış
Beyin qansızmasının yeni müalicəsi -  Video
Beyin qansızması nə qədər tez müalicə olunsa, xəstənin yaşama şansı daha çox olur. Yeni araşdırmaların nəticələri göstərib ki, vaxt çərçivəsi və beyinə qanı tez bir zamanda çatdıran yeni cihaz müsbət nəticələr verə bilər.


Los-Ancelesdə Kaliforniya Universitetinin alimləri beyindəki qan laxtası arteriyadan nə qədər tez çıxarılsa, xəstənin sağalma şansının artdığını aşkar edib. Onlar arteriyaya daxil olub qan laxtasını çıxarmaq üçün cihazın olduğunu deyir. Bu cihaz "Trombektomi” adlandırılır.


Arteriya damarındakı qan laxtaları qanın beyinə getməsinin qarşısını alır və qan çatışmazlığı səbəbindən beyindəki hüceyrələr ölməyə başlayır. Qansızmanın müalicəsi üçün isə zaman böyük rol oynayır. Doktor Cefri Seyver: "Xəstənin beyninə qansızmanın əlamətlərini bilmək və onu xəstəxanaya vaxtında çatdırmaq, bundan sonra isə həkimlərin təcili müdaxiləsi çox mühümdür.”


Kaliforniya Universitetinin alimi Cefri Seyver arteriya damarında laxtalanma olan və qansızma təhlükəsi olan mindən çox xəstənin müayinə edildiyini deyir. Doktor Seyver və digər alimlər bu xəstələrin üzərində əməliyyat keçirib və aşkar ediblər ki, "Trombektomi” ilə müalicə laxtalanmaya qarşı dərmanlardan daha effektivdir. "Əgər arteriya damarı 3 saat ərzində açılsa, xəstələrin 65 faizi üç aydan sonra müstəqil yaşaya bilər. Əgər arteriya 8 saata açılsa 45 faiz xəstə müstəqil yaşaya bilər. Bu isə böyük fərqdir.”


Beyinə qansızma dünya boyu ölümə səbəb olan ikinci, əlilliyə səbəb olan üçüncü xəstəlikdir. Bu araşdırmaların nəticələri iflic xəstəliyinin malicəsinə yardım edə bilər.

 

 


Bakutibb