BölmələrRU
Xidmətlər
 

Beyin əməliyyatında telefon oynatdı, gitara çaldı - VİDEO

31 yaşlı xəstə beyin cərrahiyəsi zamanı gitarada musiqi ifa edib.
 
Medicina.az xəbər verir ki, Banqladeşdə unikal cərrahiyə əməliyyatı keçirilib. Fokal distoniya sindromundan əziyyət çəkən xəstə Təskin İbna Əlinin sol əl əzələlərində problem olub. 

Həkimlər, peşəsi kompüter mühəndisi olan Təskinin beynində əlini idarə edən əzələlərin işinə əngəl olan toxumanı yandırıb.

Cərrahiyyə aləti onun beyninə 10,5 sm dərinlikdə daxil olduğu zaman isə, Banqladeşli xəstə gitarada ifa edib.

O bundan başqa əməliyyat zamanı mobil telefondan istifadə edib və sağ əlində qəpik oynadıb. Əməliyyat uğurla nəticələnib.