Bəs niyə bizdə xarici vətəndaşlar oxuyur? - ATU rektorundan diplom məsələsinə cavab

  • 2019.03.14 19:04
  • 7529 Baxış
Bəs niyə bizdə xarici vətəndaşlar oxuyur? -  ATU rektorundan diplom məsələsinə cavab
Tibb Universitetinin tanınmış müəllimi Rəşid Mahmudovun müsahibələrindən birində səsləndirdiyi "Azərbaycan Tibb Universitetinin diplomu Biləcəridən o tərəfdə tanınmır” fikri birmənalı qarşılanmayıb.


Medicina.az xəbər verir ki,  Tibb Universitetinin  rektoru Gəray Gəraybəyli CVN-ə müsahibəsində Rəşid Mahmudovun sözlərinə cavab olaraq bunları bildirib:


"Mən Rəşid müəllimə yaşına görə hörmət edirəm.  Ancaq bir sualım var, bu gün birinci kursda 672 Azərbaycan vətəndaşı, 600-dən çox xarici vətəndaş bizim universitetdə oxuyur. Ümumiyyətlə 33 ölkənin vətəndaşı bizdə oxuyur. Əgər tanınmırıqsa, xarici ölkə vətəndaşları niyə bizdə oxuyur, niyə vaxtını sərf edir?".