- Yeni doğulan körpəni küçəyə atdılarBərdədə dəhşət

  • 2018.02.08 17:20
  • 18701 Baxış
 - Yeni doğulan körpəni küçəyə atdılar Bərdədə dəhşət
Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb. 

 

Medicina.az Report-a istinadən xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub. 

 

Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin onu xilas etmək mümkün olmayıb.  Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan bildirib ki, körpə yeddi aylıq doğulub və qızdır: "Aparılan müayinələrdən sonra körpənin artıq öldüyü məlum olub".