Bədənindən spesifik qoxu gəlir? – Hər xəstəliyin öz qoxusu var, diaqnozunu tap

  • 2019.01.02 16:39
  • 19467 Baxış
Bədənindən spesifik qoxu gəlir?  –  Hər xəstəliyin öz qoxusu var, diaqnozunu tap
Bədəndən ümumilikdə və ya ayrı-ayrı hissələrdən gələn qeyri-adi, spesifik olmayan qoxu hər hansı xəstəliyin xəbəri ola bilər. Çünki xəstəliklərin öz qoxusu var. Bunu çox vaxt ev heyvanları hiss edir. Elə insan özü də tərinin, bədən dərisinin ətrinin dəyişdiyini bilir, amma səbəbini araşdırmır.


Medicina.az hansı qoxunun hansı xəstəlikdə gəldiyini təqdim edir ki, elə özünüz bu əlamətlərlə diaqnozunuzu tapıb, tez müayinəyə gedəsiniz.


İrin qoxusu və qoxu hissiyyatının itməsi – Atrofik rinit


Burundan ən çox səhərlər gələn irinli qoxu, yaşıl –sarı irinin qoxusu, ağızda da o tam sizdə xroniki atrofik rinitin olduğunu göstərir.


Atrofik rinit – burun selikli qişasının bakterial iltihabı, xroniki xəstəliyidir. Burun ciblərində yaşıl qatlar – bakteriya koloniyaları yaranır. Xəstə burnu ilə digər qoxuları ala bilmir, hissiyatı itir. Amma daxildən gələn o irin qoxusu kəsilmir. Bəzən bu qoxunu ətrafdakılar da açıq aşkar hiss edir. Ağır mərhələdə burundan qırmızı, yaşıl axıntı da gəlir. Bu xəstəliyi Lor antibakterial terapiya ilə müalicə etməlidir. 


Ayaqdan, əllərdən pis qoxu – Göbələk infeksiyası


Yay, qış ayaqdan pis qoxu dermatomikoz – dəri və dırnaqların göbələk xəstəliyinin əlamətidir. Daban və ayaqlarda çoxalan göbələklər artaraq, bakterial infeksiya zonası yaradır.  Bu xəstəliyi dermatoloq  müasir göbələk əleyhinə dərmanlarla müalicə etməlidir. Özünüz aptekdən mazlar, spreylər almayın və ya coraba, ayaqqabıya ətir vurmaqla məsələni ört-basdır etməyin.


Müalicə zamanı köhnə başmaq və ayaqqabılarınızı gərək yenisi ilə əvəzləyisiz. 


Cinsiyyət orqanından balıq qoxusu – Vaginozdur


Qadınlarda zaman-zaman rast gəlinən bu xoşagəlməz hal bakterial vaginozdur. Vaginanın təbii mikroflorasının pozulması kandida göbələyinin güclənməsinə səbəb olur. Kandida göbələkdir, həm xaricdən, həm daxildən yayılır. Bu zaman qatı axıntı, qaşınma və kəskin balıq qoxusu gəlir. 

Müalicəsi ginekoloq tərəfindən aparılır.


Ağızdan pis qoxu – Qida borusunun divertikulu


Əgər ağız boşluğu gigiyenasına düzgün əməl edib, dişlərinizdə çürük yoxdursa, amma ağızdan pis qoxu davamlı gəlirsə, o zaman qida borusunun xəstəliyi olan Divertikuldan şübhələnin. 


Qida borusunda kiçik torbacıq kimi büküş əmələ gəlir, ora qida yığılır və çürüyür. Ordan yayılan qoxu ağıza kimi gəlir. Xəstəliyin digər əlaməti yemək yedikdən 1-2 saat sonra ağıza qida qalığı gəlməsidir. Yəni qida o yerdən yuxarı sıçlayır.  Bu xəstəliyi qastroenteroloq müayinə və müalicə edir. Endoskopik  yolla bu kicəsik, cib ləğv edilməlidir. Yoxsa nə qədər saqqız çeynəsəniz də xeyri olmayacaq.

 



Ağızda aseton qoxusu – Şəkərli diabet 


Ağızdan kəskin aseton qoxusu diabetin yarandığını və hətta kəskinləşdiyini göstərə bilər. 


Hüceyrələr enerji almaq üçün yağları mənimsəyir, həll edir, bu zaman uçan ketonollar yaranır ki, bu da aseton qoxusu verir. Ağır hallara yol verməmək üçün ildə 2 dəfə qanda şəkərin miqdarı yoxlanmalı, yüksək olduqda endokrinoloqa müraciət etmək lazımdır. 

 

 


Bədənindən spesifik qoxu gəlir?  –  Hər xəstəliyin öz qoxusu var, diaqnozunu tap
Bədənindən spesifik qoxu gəlir?  –  Hər xəstəliyin öz qoxusu var, diaqnozunu tap