BölmələrRU
Xidmətlər
 

Bədənin ən mistik orqanının sirri – Göbəyinə baxıb, həyatını öyrən

İnsan göbəyini kosmos və kainatla əlaqəli olan energetim mərkəz kimi təqdim edirlər. Göbək ana ilə, əcdadlarla bağlılıq missiyasını daşıyır. 
Düzdür, həkim və alimlər üçün bunlar boş cəfəngiyyatdır, göbək sadəcə orqandır.
İnsan göbəyə ən təhlükəsiz, ağrımayan bir dəlik kimi baxır, amma göbəyin özü belə təhlükə mənbəyi ola bilər. 

Medicina.az xəbər verir ki, göbək ana bətnində inkişaf edən dölün ilk qida, oksigen kanalı və ilk bağırsağıdır. Göbəkdən arteriyalar, venalar, öd yolu, sidik yolu və s. keçir. Doğuma yaxın bunlar itir. 

Elə heyvanlar var ki, onlarda göbək olmur, məsələn yumurta ilə çoxalanlar, exidna və kenquru. 

Göbəyin forması nədən formalaşır?

Yer kürəsi əhalisinin 4-8% -də qabarmış, irəli çıxmış göbək mövcuddur, el arasında buna pirtlamış düşbərə də deyilir. 
Qalan insanların göbəyi dərindədir, qarında dəlik kimi görünür. Göbəyin hansı forma alması mamaçadan və göbək ciyəsini kəsməkdən asılı deyil. 

Göbək insanın gücünü göstərir

Aparılan tədqiqatlar göstərir ki, göbəyin yerləşməsi həmin insanın qaçış və üzgücülük, idman bacarıqlarını təyin edir. Çünki göbək insan bədənin ağırlıq mərkəzidir. Zənci nəmşəli idmançıların, xüsusən qaçış üzrə atletlərin göbəyi adətən normadan 3 sm  yuxarıda yerləşir. 

Bəzən körpədə anadangəlmə göbək anomaliyası olur, qarının dərisi göbək hissəyə keçir və qalın dərialtı göbək forması yaranır. 
Ola da bilər ki, uşaq göbəkdə kiçik və ya böyük zədələrlə doğulsun. Buna səbəb ağırlaşmış və gec hamiləlik, asçit, omfalit – göbək toxumasının iltihabı, göbək yırtığı aiddir. Bu hallarda həkim və uşaq cərrahı müdaxiləsi vacibdir. Göbək yırtığında umbilikoplastika adlı əməliyyat olunur. 

5 yaşına kimi çox uşaqlarda cölə çıxmış göbək sonradan içəri gizlənə bilər. 
 


Omfilomantiya nədir?

Çinlilər inanır ki, qadın nə qədər çox uşaq doğursa, onun göbəyi bir o qədər dərinə keçir.  Omfilomantiya insanın göbək formasına görə xarakterizə olunub tanınmasıdır. Hətta göbəyə görə insanın nə qədər, necə yaşamasını da bilmək olurmuş.

Çölə çıxan pırtlaq göbək – inadcıl, diqqət mərkəzində olan, ram olmayan, optimist insanlarda olur. Onlar 72 yaşa kimi yaşayır.  Həyatları pis olmur.

Dərin və yumru göbək – ciddi, utancaq, sirli, ətrafdakılara dərdini deməyən, işgüzar insanlardır. Özündən çox digərlərini sevir, ürəyi genişdir, buna görə 80 yaşını keçirlər. 

Vertikal yerləşmiş göbək - əliaçıq, etibarlı, pul qazanan insandır. Təxminən 75 il yaşayır.

Horizontal, uzun xətt kimi göbək – çətin, çoxtərəfli, insanlara güvənməyən, qapalı adamlardır. 67 yaşa kimi ömür sürə bilir

Mərkəzdən bir qədər yayınmış assimmetrik göbək - əlvan, şən, emosional, əhvalı tez dəyişən, məclislərin gözü adamdır. 70 yaşa kimi yaşayır. 
 
Yumurtavari göbək – hiperaktiv, səbrsiz, həssasdırlar. Darıxırlar. 65 il yaşayırlar. 

Omfilomantiya şərqdə yaranıb, heç bir elmi bağlılığı yoxdur. Amma insanlar tərəfindən maraqla qarşılanır. 

Göbək xəstələnirmi?

Göbək üçün ən təhlükəli məqamlar bakterial və göbələk infeksiyalarıdır. Ortastatistik insanın göbək nahiyəsində 70 adda bakteriya var. Əgər göbəyi yumasaz, gigiyenaslna əməl etməsəz, bakteriyalar aktivləşib infeksiya törədə bilər. Bu zaman göbəkdə içəridə və üstündə ağrılı, içi irinli şişkinlik yaranır. Belə simptom göbəyini deşdirib pirsinq etdirənlərdə də yaranır. 

Ateroma – göbəkdə yaranan kistdir. Xoşxassəli törəmədir, çox vaxt  anadangəlmə olur.

Omfalosel – embrional göbək yırtığıdır, hələ ana bətnində yaranır. Bu zaman dölün bağırsaqları, qaraciyər və orqanları bədəndən kənarda, yırtıq kisəsində toplanır.bunun səbəbi genetik mutasiyalardır.  Uşaq doğularsa cərrahi əməliyyat olunur.

Əgər göbəyinizdə qızartı, keçməyən qaşıntı, şişkinlik, ağrı hiss etsəniz, ona toxunmadan, heç bir maz, sarğı, dərmanla eksperiment etmədən, həkimə müraciət edin.