BölmələrRU
Xidmətlər
 

Bədəni idarə edən kanalı açır, enerji axını, qalxanvari vəzin işini yaxşılaşdırır – Onurğa sütunu tənəffüsü

Bu qədim hərəkət Onurğa sütunu ilə nəfəs alma metodikası adlanır. Yoqların sevimli texnikasıdır. Bu məşğələ bütün onurğa sütununda yaranmış sıxılma və blokları aradan qaldırır, əzələləri boşaldır, nasosları aktivləşdirir, böyrəküstü və qalxanvari vəzə müsbət təsir edir, baş beyinə sərəst qan və enerji yollarını bərpa edir, bir sözlə, bədəni idarə edən əsas  kanalı açır. Bu kanal nə qədər açıq olsa bədənə enerji axını bir o qədər güclü olur. 

Medicina.az xəbər verir ki, kifayət qədər energetik olan bu hərəkətləri ayaqüstə və ya oturan yerdə edə bilərsiz. Nəfəs isə ağzı bağlı, yalnız burundan alınıb verilir.
Şəkillər baxın və hərəkətləri təkrarlayın:
 


1.Arxası çox da hündür olmayan stulda əyləşib, rahat mövqe alın, əzələləri boşaldın, rahatlaşın
2.Dərindən 3 dəfə diafraqmal və qarın nəfəsi alıb verərək, 1ci şəkildəki kimi çanaq yerində qalmaqla onurğanın yuxarı hissəsini geri əyib, başınızı da yuxarı geri çəkin.
3.Döş qəfəsini irəli verib, genişləndirin, sanki sinənizi qabağa verirmiş kimi. Bu zaman əllər yumruq formasında çiyin səviyyəsində qaldırılır
4.Boyun və çiyni maksimum sıxın, bu zaman burun nasosu aktivləşir, dişləri bir-birinə sıxın. Bu hərəkət zamanı nəfəs alınmalı, nəfəs içəri çəkilib saxlanmış olmalıdıır. 
 


5.Nəfəsinizi verib, bu dəfə 2-ci şəkildəki hərəkəti edin. Belinizi donqarlaşdırıb, başı irəli əyin, döş qəfəsi maksimum geri, içəri çəkilir. Əllər dirsəkdən qatlanıb, yumruq şəklində döş qəfəsində birləşir. Bu hərəkətdə maksimum döş qəfəsi əzələ və sümükləri sıxılmalıdır. əzələləri çox gərginləşdirməyin. 
6.Bir dəfəyə 9 dəfə təkrar olunmalıdır. 
 

7.Hər gün bu hərəkətləri edin. 1 ay ərzində

1 ay sonra bədən və orqanizminizdə baş verənlərə təəccüb qalacaqsız.