BölmələrRU
Xidmətlər
 

Bədəndə yaranan hər cür göbələkdən QURTULUN– TƏBİİ ÜSULLAR

Göbələk xəstəliyi bir çox insanı narahat edən problemdir.
 
Amma immunitet sisteminiz güclü olarsa, bu xəstəlikdən yaxa qurtara bilərsiniz.
 
Medicina.az ailem.az-a istinadən sizə bədəninizdə yaranan hər cür göbələk problemini aradan qaldıracaq təbii müalicə üsullarını təqdim edir:
 
Sarımsaq - Mikroorqanizmlər üzərində antifunqal, antiviral, antibakteriyal və antiparazitik təsirlərə malikdir. Tərkibindəki 33 fərqli orqanosülfür sayəsində candida göbələyinə qarşı güclü bir mübarizə aparar.
 
Göbələk xəstəliyinə qarşı sarımsaq istifadəsi: 
 
Bu zaman sarımsağı çiy olarak yemək daha tez təzir göstərir. Hər gün 2, ya da 3 diş sarımsağı salatlarınıza vəya yeməklərinizə qata bilərsiniz. Çiy sarımsaq dadına hələ öyrəşməmisinizsə, sarımsağı qatığa doğrayıb yeməyi yoxlayın.
 
Tərəvəzlər - Göbələk xəstəliyiniz varsa, kök, turp, kartof kimi nişasta səviyyəsi yüksək tərəvəzlərdən uzaq durun. Bunun əvəzinə nişasta səviyyəsi az olan brokoli, kələm kimi tərəvəzləri seçin. Unutmayın ki, nə qədər çox şirin şeylər yesəniz göbələk yaranması daha da sürətlənəcək.
 
Alma sirkəsi - Antifunqal özəlliyi, tərkibində olan turşu və digər birləşmələrdən qaynaqlanır. Həmçinin potasium, kalsium,
dəmir və maqnezium mineralları baxımından da olduqca zəngin olması səbəbi ilə, bədənin immunitet sistemini gücləndirərək göbələk xəstəliyinin yaranmasının qarşısını alacaq.
 
Göbələk xəstəliyinə qarşı alma sirkəsinin istifadə qaydası:
 
Hər gün 1 və ya 2 xörək qaşığı alma sirkəsini bir stəkan su ilə qarışdırın.  Gündə iki dəfə bu qarışımdan hazırlayıb için. 
 
Süd və süd məhsullarıAyran, qatıq, pendir, kefir kimi süd məhsulları faydalı mikrobların artmasına səbəb olaraq göbələk xəstəliyinə qarşı bədəni dəstəkləyər.
 
ƏdviyyatlarSarıkök və darçın kimi ədviyyatların göbələk xəstəliyinə qarşı təsirli bir rol oynadığı elmi araşdırmalar zamanı sübut olunub.
 
Göbələk xəstəliyinə qarşı sarıkök istifadəsi:
 
Bir çay qaşığı sarıkökü bir stəkan südlə qarışdırın. Onu bir qazana tökərək qapağını bağlayın və az xodda 10 dəqiqə qaynadın. Gündə bir, ya da iki dəfə isti olaraq için.