Bədəndə olan qırmızı xallar nəyin əlamətidir? - Yoxa çıxartmaq üçün türkəçarələr

  • 2018.12.17 13:01
  • 25143 Baxış
Bədəndə olan qırmızı xallar nəyin əlamətidir? -  Yoxa çıxartmaq üçün türkəçarələr
Qırmız xallar kimi tanınan angiomalar tibbi praktikada qan və limfa damarlarından təşkil olunmuş xoşxassəli törəmə hesab olunur. Onların yaranması ya qan, ya da limfa sisteminin pozulması ilə izah edilir. 

  

İnsan həyatının bütün mərhələlərində əmələ gələ bilər. Yalnız 7 yaşına qədər əmələ gələn angiomalar öz-özündən yoxa çıxmaq qabiliyyətinə malikdir.  

 

Medicina.az angiomaların insan həyatı uçün nə qədər təhlükəli olmasını araşdırıb. 


Mütəxəsislərin fikrincə, angiomalar şiş əmələ gəlməsi prosesinin ilkin mərhələsi ola bilər. Lakin bu, bütün angiomaların insan həyatı üçün təhlükə daşıması anlamına gəlmir. 


Qırmızı xalların bir neçə növü var: 


Təsnifatda angiomaların əmələ gəlməsinə səbəb olan amillər, yerləşmə yeri, damarın forması və əlamətlər önəmli yer tutur.  


Onların əmələ gəlmə səbəblərindən asılı olaraq qırmızı xallar aşağıdakı formalara malik olur: 


Qozayabənzər – dərinin üzərində əmələ gələn şişkin formalı törəmə. 

Düyünlü - qan damarlarının dəri üzərində nöqtələr şəklində çıxıntısı. 

Hörümçəyəbənzər – bu formalı angiomalarda xaldan qırmızı rəngli damarlar ayrılır. 

Yastı - xal dəri üzərində ləkə şəklində yayılır. 


Angiomalar əsasən əsasən dəridə, piy hüceyrələrində, sümükdə, qaraciyərdə, əzələdə, böyrəklərdə və baş beyində yarana bilər. Çox vaxt uşaq, yeniyetməlik yaşlarında və hamiləlik zamanı yaranır. Qırmızı xallar tək və topa halında yarana bilər. Tək halda yerləşən angiomalar heç bir təhlükə yaratmadığı halda, birdən-birə çox miqdarda yaranan angiomalar onkoloji xəstəliklərin xəbərçisi ola bilər. 


Sadə angiomalar əsasən üzdə və baş dərisində yerləşir. Bəzi hallarda isə göz qapaqlarında, yanaqlarda, burunda və hətta cinsiyyət orqanlarında meydana çıxır. 


Qadınlarda süd vəzilərində yaranan qırmızı xallar heç bir təhlükə yaratmır. Ancaq bu xallar gedərək böyüməyə, rəng dəyişməyə, qaşınmağa və ağrımağa başlayarasa, o zaman təcili həkimə müraciət etmək lazımdır. 


Yaranma səbəbləri əsasən limfa və qan damar sisteminin patologiyalarına bağlı olur. Amma bundan əlavə bəzi xəstəliklər zamanı angioma yarana bilər: 


mədə-bağırsaq xəstəlikləri

mədəaltı vəzin patologiyaları 

xroniki infeksiyalar 

qanın mikrodövranının pozulması 

piqment hüceyrələrinin funksiyasının pozulması 

hamiləlik 

irsi faktorlar 

hormonal fonun pozulması 

lipid mübadiləsinin pozulması (yağ)

ürək-damar xəstəlikləri 


Əsasən cərrahi yolla, lazer köməyilə və yandırılma yolu ilə aradan qaldırılır. 


Bundan əlavə xalq təbabəti üsulları ilə də angiomaları yox etmək mümkündür: 


Arı balı. Balı gün ərzində bir neçə dəfə törəmənin üzərinə çəkin. 10 gündən sonra xalların balacalaşdığıını görəcəksiniz. 


Gənəgərçək yağı. Axşamdan  yağı xalın üstünə çəkib bağlayın. Daha böyük və kökü dərinliklərə gedib çıxan angiomalar zamanı tətbiq edilməsi məsləhət deyil. 


Qara turp. Turpu sürtkəcin kiçik gözündən keçirin. Əmələ gələn sıyığa bənzər kütləni törəmənin üzərinə qoyun. Gündə 2-3 dəfə tətbiq etmək olar. 


Qırmızı soğan. Şirəsini çıxararaq angiomanın üzərinə çəkin. 1 aydan sonra törəmənin quruyaraq düşdüyünü müşahidə edəcəksiniz. 


Arzu

Medicina.az