Bədən temperaturumuz barədə 7 vacib fakt – 36,6 illüziyadır

  • 2018.11.13 21:30
  • 16941 Baxış
Bədən temperaturumuz barədə 7  vacib fakt –  36,6 illüziyadır

Artıq 2 əsrdir qüvvədə olan insanın ideal, optimal bədən hərarətinin 36, 6 olması barədə məlumat mifə çevrilir. 

Bu temperatur standartı 1868-ci ildə alman həkimi Avqust Vunderlix tərəfindən təyin olunub. O, 25 min pasiyentin temperaturunu ölçmüş, 36,6 orta rəqəm kimi götürülmüşdür. Əvvəllər qradasiyalarda normal temperatur 36,6-37,4 hesab olunurdu.  


Dəqiq termometrlərin meydana çıxmasından sonra Merilend universitetinin alimləri orta statistik göstərici kimi 36,8 dərəcəni qeyd etdilər.


İnsan bədəninin hərarəti gün ərzində 36,4 dərəcədən 36,9 dərəcəyə kimi dəyişir. Səhər hərarəti ilə axşam hərarətinin fərqi var. Amma hətta 37,5 dərəcəyə kimi yüksəlmə norma həddində hesab olunur.


Siqaret temperaturu dəyişir


Siqaretin ucundakı hərarət 95 dərəcə Selsiyə çatır. İsti tüstünü içəri çəkdikcı, ağciyərlərdə temperatur artır, bununla da onların orqanizmi soyutmaq funksiyası 20 dəqiqə ərzində sönür. Ona görə siqaret çəkdikdən 20 dəqiqə sonraya kimi insan bədənində istilik hiss edir.

 

Yalan danışanda, üz yanır


İspaniya Universitetinin alimləri təyin edib ki, yalan üzdə göz kənarları və burun ucunda temperaturu artırır. Buna da Pinokio effekti deyilir. Xüsusən poker oyunçularl bunu tənzimləyə bilmədiklərindən, üzlərinin yanmasından özlərini ələ verirlər.


Qızdırma faydalıdır


Qızdırma, titrətmə immunitetin yaxşı işləməsinə, müdafiə mexanizminin gücünə dəlalət edir. 38-38,5 dərəcə mikrobları zərərsizləşdirmək baxımından normadır, onu dərmanlarla salmaq olmaz.

 



Kişilər qadınlardan soyuqdur


Kİşilərdə temperatur rejimi daha azdır, qadından yarım dərəcə geri qalır. Qadınlarda yağ-piy ehtiyatı da çox olduğundan bədəndə istilik çox olur, lakin ayaqları çox soyuq olur.  Qışda, qarda qadınların barmaqları kişilərə nisbətən daha tez donur.  Qadınlar havanın temperaturu 21 dərəcəyə enəndə üşüyür, kişilər isə 20 dərəcəni keçəndə.


Yaşlandıqca insan soyuyur


Zamanla bədənin temperaturu azalır. Yaşlı insanlar soyuğa daha həssas olur, ona görə üşüyür, xəstələnəndə qızdırma güclü olmadığından, vaxtında müalicə imkanını da itirirlər. 


Temperatur nə qədər aşağı olsa, yuxu bir o qədər dərin olur


Əbəs yerə həkimlər isti otaqda yox, sərin otaqda yatmağı məsləhət görür. Otaq hərarətinin normadan 1-2 dərəcə aşağı olması, yuxunu tezləşdirir. Yataq otağının sərin olması insanın gec qocalmasına da təsir edir.

Bədən temperaturumuz barədə 7  vacib fakt –  36,6 illüziyadır