BölmələrRU
Xidmətlər
 

Bazal implantasiya ilə 4 günə yeni dişlər - Azərbaycanda yeni metod

Strategik implant konsepsiyasında bazal implantasiya implantasiyanın ən yeni metodu olub sümük plastikası olmadan, daha tez, asan və əlverişli qiymətə implant qoyulmasıdır.

Metodun əsasında sümüyün daha dərin və möhkəm qatlarında xüsusi implantların yerləşdirilməsi durur.

Medicina.az-ın xəbərinə görə, metodun üstünlüyü ondadır ki, bu implantlar dişləri çəkən kimi yerindəcə quraşdırıla bilir. 

Bazal implantasiya diş sırasının bir dəfəyə bərpası və müalicəsinin 3 gün ərzində başa çatdırılması üçün bütün zəruri işlərin aparılmasına imkan verir.

Bu metod aşağıdakı hallarda effektivdir və istifadə olunur:

- Diş sırasında ardıcıl bir neçə dişin olmaması

- Məcburi imtina və ya sümük plastikasının həyata keçirilməsinin mümkünsüzlüyü

- Allergik reaksiyalar zamanı çıxarıla bilən akrik protezlərin dəyişdirilməsi

- Sümük toxumasının çox hissəsinin itirilməsi ilə ümumiləşmiş parodontit zamanı

- İstinad dişlərinin dağılması və yenidən protezləşdirilməsinin mümkün olmadığı hallarda

- Periimplantitin inkişafı səbəbindən irimərhələli implantın itirilməsi

- Pasiyentin vaxtının azlığı, xüsusi günlərə kimi dişlərin bərpasının tələbi

- Dişlər çıxarılan zaman dərhal implant qoyula bilir

- Siqaret çəkənlər və diabet xəstələri üçün təhlükəsizdir

- İmplantın ətrafında infeksiyanın olmaması

- Uzun illər təcrübədən keçirilib.

Strategik implant konsepsiyası ilə implantasiya hətta çox yaşlı insanlarda əlavə əməliyyatlar, xərclər olmadan dişlərin bərpasına imkan verir.

İmplanta istənilən konstruksiyanı istər daimi tək dişləri, istər körpüləri birləşdirmək olur.

İmplant sümüklə əla uyğunlaşır, vintə bənzəyir, daha davamlıdır. Əla titandan hazırlanır.

Titan orqanizmin toxumaları ilə uyğunlaşır, təzyiqə və yükə dözümlüdür, allergik reaksiya yaratmır. 

İmplantasiya pasiyentin qidalanma, idman, iş həyatına, xəstəliyinin diaqnostikasına maneə törətmir. 

İmplant dişlər təbii dişlərdən fərqlənmir. 

İmplantasiya necə aparılır:

İmplant sümüyün dərin qatlarına quraşdırılır və başlığı diş ətinin üstündə qalır. Ona qapaq və ya körpü bərkidilir.

Bakıda Bazal implantasiya yalnız Saf-Med stomatoloji klinikasında Moskvada tədris keçmiş həkimlər tərəfindən icra olunur.
 
Hazırda Bazal implantasiya qiymətlərinə Yeni il ərəfəsi aksiyada endirimlər var. 

Ünvan: Həmzə Babaşov küçəsi, H. Əliyev məscidinin yaxınlığı

Tel: (012) 513 27 96
(055) 955 01 03