Başı – boynu ağrıyanlar, təzyiqi olanlar üçün müalicəvi yastıq –Hardan, necə tapmalı

  • 2018.08.17 17:43
  • 93201 Baxış
Başı – boynu ağrıyanlar, təzyiqi olanlar üçün müalicəvi yastıq – Hardan, necə tapmalı
Müasir insanın elə gənc yaşlarından boyun ostexondrozu, baş ağrıları, miqren və təzyiqi olur. Sutkanın 8-9 saatını yuxuda keçirən bir insanın başını qoyduğu yastıq bu problemləri daha da artırır. Çünki biz yatanda başımız balışda onurğanın təbii formasına uyğun olmayan bir vəziyyət alır. Normada boyun nahiyəsi döş qəfəsi nahiyəsi ilə eyni düz xəttdə olmalıdır. Əgər yastıq çox yumşaqdırsa, boyun dayaqsız qalır və qeyri-ixtiyari aşağı gedir. Əgər çox bərkdirsə, boyun həddən artıq yuxarıda və gərgin olur.

 


Hər iki halda boyun və bel fəqərələri əlavə yükə məruz qalır. Bu da ostexondroz əlamətlərini artırır və boyun, baş spazmına səbəb olur, qan dövranını pozur, baş elə yuxudaca ağrıyır. Eyni zamanda burunla nəfəsalmada problem yaşanır, orqanizm lazımi qədər oksigen almır. 

Ortopedik yastıqlar isə boyun və başı öz fiziologiyasına uyğun təbii formada saxlayır və bu kimi mənfi hallardan sığortalayır. 

İstehsalçılar müxtəlif materialda və formada ortopedik yastıqlar təklif edir. Burda zövq və rahatlıqdan çox, insanın problemlərinə uyğun balış seçilməsi önəmlidir. 

 

 



Əgər yastığın ölçüsü sizin boynunuzun uzunluğuna tam uyğun olacaqsa, hesab edin ki, dünyanın ən şanslı insanısız. Artıq bir çox həkimlər də xəstələrinə yatdığı yastığı dəyişməyi təklif edir. Çünki nə qədər müalicə alsa da, yatanda boyun-baş düzgün durmursa, o müalicələrin faydası olmayacaq. 

Lateks materialdan yastıq – insanın bədən quruluşu və yatış formasına uyğunlaşır, çox aşağı basılmır. İnsan qalxanda asanlıqla əvvəlki formasını alır. Lateks materialda toz gənəsi yığılmır, onları asanlıqla yumaq olur. Orda hava dövranı gedir, bu da gecə boyun, baş tərləmələrinə imkan vermir. Allergikdir, nəfəs almanı yaxşılaşdırır.



Ortopedik yastıqlar kimlərə daha çox lazımdır? Burda yaş həddi yoxdur, yenidoğulmuşdan yaşlı insana kimi hər kəs ortopedik yastıq seçə bilər:


-Yüksək təzyiqi olanlara

-Boyun və onurğa ostexondrozu olanlara

-Allergiyası olanlara

-Yatanda çətin nəfəs alanlara, tərləyənlərə

-Baş ağrısı, başda spazma, miqreni olanlara

-İnsult, infarkt keçirmiş insanlara

-Boyun düzləşməsi problemi olanlara

-Yuxuda narahat yatanlara, səhər yorğun, enerjisiz oyananlara

-Oturaq işdə çalışanlara

-Əsəb, sinir problemləri olanlara

-Möhkəm xoruldayanlara

-Bronxial astması və mədə xəstəliyi olanlara


Azərbaycanda uşaqlar və böyüklər üçün ortopedik müalicəvi və ən keyfiyyətli yastıqları  Yatsan Azərbaycan mağasından əldə edə bilərsiz.

Burda lateks, texnogel, visko, kauçuk ağacı südündən, bambuk liflərindən üzəri tam təbii, pambıq örtüklü yastıqlar  sizin problemlərinizə uyğun seçiləcək.

 

 


Texnogel – bir üzü isti, digər üzü sərin yastıqdır. İçi xüsusi geldən ibarətdir. Full ortopedik yastıqdır.


Lateks – kauçuk ağacının südündən hazırlanıb, bitki tərkiblidir


Sərt visko, yumşaq visko – boyundakı kirəclənməyə qarşıdır, süngər yatdığınız formanı alır, boyun boşluqlarını doldurur.  Visko yastıqlar NASA tərəfindən astronavtlar üçün kəşf olunan elastik süngərdir.  Ağıllı süngər adını almış visko içində olan hüceyrələr vasitəsilə hava dolaşımını təmin edir, yuxu boyu insana kifayət qədər hava verərək tərləmənin qarşısını alır, xoruldamanı azaldır. 

Bambuk liflərindən hazırlanan – antibakterial, antiallergik yastıqdır. 

 


Visko Reflu yastığı - Mədə problemləri olan şəxslər üçün nəzərdə tutulan bu yastıq insanın yuxarı hissəsini dik tutaraq masaj süngərinin köməkliyi ilə baş, boyun və onurğanı rahatladır. Eyni zamanda öskürək və astmadan əziyyət çəkənlər üçün də idealdır.


Ortopedik yastıqlardan təkcə evdə deyil, səyahətlərdə, yolda, iş yerində də istifadə edə bilərsiz.


Artıq alimlər sübut edib ki,  düzgün yataqda yatmamaq, pis yatmaq və normal yuxu almamaq insanın bir çox fiziki və psixi problemlərinin əsas səbəbidir. Müasir insanın ən böyük problemi normal yuxu dozasını almamasıdır. Ona görə yatağımız başdan-ayağa ortopedik olmalıdır ki,  onurğa, baş-boyun, əzələ və sinir problemlərindən uzaq olaq. 

 



Yatsan Azərbaycan 

Ünvan: Əhməd Rəcəbli 197(N.Nərimanov m/s yaxınlığı)

(012) 564 14 79

050  244 14 79



 





Başı – boynu ağrıyanlar, təzyiqi olanlar üçün müalicəvi yastıq – Hardan, necə tapmalı
Başı – boynu ağrıyanlar, təzyiqi olanlar üçün müalicəvi yastıq – Hardan, necə tapmalı
Başı – boynu ağrıyanlar, təzyiqi olanlar üçün müalicəvi yastıq – Hardan, necə tapmalı
Başı – boynu ağrıyanlar, təzyiqi olanlar üçün müalicəvi yastıq – Hardan, necə tapmalı
Başı – boynu ağrıyanlar, təzyiqi olanlar üçün müalicəvi yastıq – Hardan, necə tapmalı