Bilirsinizmi ki, barmaqlarınızı sürtərək bəzi xəstəliklərdən yaxa qurtara bilərsiniz?
Barmaqların 60 saniyə masaj edilməsi orqanizmdə bir sıra müsbət proseslərə səbəb olur.
Medicina.az sizə barmaqların hansı orqanla əlaqəli olduğunu və onların masaj edilməsinin nə işə yaradığını açıqlayır:
Baş barmaq - ağciyərlər və ürəklə əlaqəlidir. Bu barmağı masaj etməklə siz öz ağciyərlərinizi təmizləyə və təngnəfəslikdən xilas ola bilərsiniz.
Adsız barmaq – bu barmaq birbaşa olaraq mədə və həzm sistemi ilə əlaqəlidir. Onun masajı qəbizlik və digər mədə-bağırsaq problemlərini aradan qaldıracaq.
Şəhadət barmağı – bu barmaq da mədə və bağırsaqla əlaqəlidir. Həmin barmağın və ovucun 60 saniyə ərzində sürtülməsi diareyanın qarşısını alacaq.
Orta barmaq. Yuxusuzluqdan əziyyət çəkirsiniz? O zaman orta barmağınızı masaj edərək bu problemdən azad ola bilərsiniz. Bu həm də, perikard, yəni ürək kisəsi ilə bağlı yaranan problemlərdən azad olmağa kömək edir.
Çeçələ barmaq – çeçələ barmağın sürtülməsi orqanzimdə olan qan dövranını yaxşılaşdıracaq. Bu isə miqren, boyun nahiyədə olan əzələ ağrıları zamanı kömək edir.
Ovuc içi – ovucun masajı və ya hər iki ovuc içinin bir-birinə vurulması fiziki sağlamlığı qoruyur. Səbəbi isə bədənədə olan müxtəlif sinirlərin birbaşa olaraq ovucla əlaqəli olmasıdır.
Əllərin üst hissəsi – təəccüblüdür ki, siz sadəcə olaraq əllərinizin çöl hissəsini bir birinə sürtərək bel ağrılarından azad ola bilərsiniz. Bunun səbəbi isə sizin əllərinizin çöl tərəfinin belinizlə əlaqəli olmasıdır.
Arzu
Medicina.az