Balıq yağı-Omeqa 3 qəbulunun faydası təsdiqlənmədi – Boşuna reklam və pul itkisidir

  • 2018.09.01 15:20
  • 17584 Baxış
Balıq yağı-Omeqa 3 qəbulunun faydası təsdiqlənmədi –  Boşuna reklam və pul itkisidir

Bu nəticəyə sübutlu təbabət üzrə Kokreynovsk əməkdaşlığının məlumat bazasına daxil olunmuş yeni elmi araşdırmanın müəllifləri gəliblər.

 

Medicina.az xəbər verir ki, Omeqa – 3 yarımdoymuş yağ turşusu insan orqanizmin üçün çox vacibdir və qida ilə daxil olur. O, bitkilərdə, avokado, ispanaq, kələm, qozda, digər turşular Dha isə yağlı dəniz məhsullarında kifayət qədərdir. 


Son 10 ildə Omeqa 3 tərkibli BAD-lar ( qida əlavələrinin) aqressiv reklamı nəticəsində insanlar arasında bu turşunu alıb qəbul etmək istəyi formalaşdırıldı. Qeyd olunurdu ki, Omeqa 3 ürək-damar xəstəliklərinin qarşısını alır, uşaqlarda zehni inkişafı artırır, beyinə, gözə faydalıdır.


Bu məlumatları yoxlamaq üçün tədqiqatçılar 112.000 insanın iştirak etdiyi araşdırmaların nəticələri analiz olundu. Onlar 2 qrupa bölünmüşdü: bir qrup 6 il ərzində daima Omeqa 3 qida əlavəsi qəbul etmiş, digər qrup isə o ad altında sadəcə plasebo qəbul etmişdilər.


25 kliniki təcrübənin təhlili göstərdi ki, EPA və DHA tərkibli balıq yağı, Omeqa 3 qida əlavələrini çox qəbul etmək həyat keyfiyyətinə, ürək sağlamlığına heç bir müsbət təsir göstərmir. BAlıq yağı kapsulu qəbul edən və ya çoxlu balıq yeyən insanlarda bu baxımdan heç bir dəyişiklik olmayıb.  Həmçinin hər gün qoz yemək də səhhətə heç bir dəyişiklik etməyib. 


Araşdırmanın müəllifləri yekun mətnində yazırlar:


" Omeqa 3 ürək-damar xəstəlikləri, uzun,sağlam ömür sürmək üçün faydasızdır. Bunu Avropa Kardioloji Cəmiyyətinin illik konqresində də səsləndiriblər”.

 

Paralel olaraq İngiltərənin Medicine jurnalında II tip diabet xəstələrinin ürək-damar xəstəliklərinin öyrənilməsi istiqamətində aparılmış tədqiqatların nəticələri də bu məsələyə aiddir. 


2005-2011-ci illərdə 15.000 diabetli xəstələr 2 qrupa ayrılıb, birinə balıq yağı, digərinə plasebo verilirdi. Hər iki qrupun ürəyində heç bir müsbət dəyişiklik baş verməmişdi. 


" Bu çox məyusedici açıqlamadır, amma çoxsaylı təcrübələr, eksperimentlər bunu sübut edib. Artıq şübhə yoxdur ki, balıq yağı əlavəsindən ürək-damar sisteminə nə müsbət təsir var, nə mənfi. Ona görə ürək-damar xəstəliklərinin profilaktikası üçün Omeqa 3 tövsiyyə etmək mənasızdır" – deyə Oksford Universitetinin müəllifi Luiza Bouman bildirib. 


Amma London Kral Kollecinin dietoloqu Tomas Sanders qeyd edib ki, bu yeni məlumatlara baxmayaraq, insanlara Omeqa 3, balıq yağı qəbul etməyin demək olmaz. Bunu qadağan da etmək olmur. Ürək-damar sistemi üçün həftədə 2 dəfə balıq yemək lazımdır. Bu orqanizmi Omeqa-3 yağ turşusu ilə kifayət qədər təmin edəcək.