Bakıda xəstəxanada kütləvi zəhərlənmə - Dəm qazı sızması

  • 2018.11.08 19:58
  • 8216 Baxış
Bakıda xəstəxanada kütləvi zəhərlənmə -  Dəm qazı sızması
Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb: 


"Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Onlara yardım göstərilib və evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar”.


Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:


"Çünki xəstəxana qazlaşdırılmış bina deyil”.


Hazırda faktla bağlı araşdırma aparılır.