Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda super marketdən aldığı ətdə iynə izləri gördü - Ətə nə vurulub?/ İDDİA

  • 2018.03.05 16:33
  • 29478 Baxış
Bakıda super marketdən aldığı ətdə iynə izləri gördü -  Ətə nə vurulub?/ İDDİA
"Bravo” supermarketlər şəbəkəsinin Əhmədli filialından alınan ətdə iynə (şprits) izləri olduğu iddia olunub.


Medicina.az  xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi "Facebook”da foto və video paylaşıb. Görüntülərdə həqiqətən də ətin üzərində xırda dəliklər olduğu sezilir. Əti qəssablara göstərən istehlakçıya bu ətin normal olmadığını  bildiriblər. Ətə bıçaqla basdıqda dəliklərdən şirəli, rəngli maye çıxır. Ətə şprits vasitəsilə çəkisini artırmaq üçün ya su, ya rəngqatıcı maddə vurulduğu versiyası üzərində dayanan alıcı ətdən kəskin qoxu gəldiyini də bildirib. Bu səbəbdən əti marketə qaytaran istehlakçı digər insanların fikrini öyrənmək üçün sosial şəbəkədə paylaşım edib. 


Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BakuPost-a açıqlama verib. O, ətdə iynə izlərinin olmasının inandırıcı olmadığını, belə bir məzmunda hələ istehlakçı şikayətinin daxil olmadığını deyib: 


"Ola bilsin istehsal yerində, zavodda ət nazik qırmaqlarla qaldırılıb, qırmaqların izi qalıb. Baxır alınan ətin mənşəyinə. O marketdə normal istehsalçılardan ət məhsulları qəbul olunur. Ona görə şpritslə müdaxilə inandırıcı deyil. Əgər ciddi yerdən alınmayıbsa, təsadüfi yerdən alınıbsa, nə desən edərlər. Normalda ət kəsiləndən sonra 24 saat saxlanmalıdır, sonra şok dondurmadan keçirilməlidir. Şok dondurmadan keçən ətdə insan orqanizmi üçün zərərli olan bütün mikroblar ölür”.
Bakıda super marketdən aldığı ətdə iynə izləri gördü -  Ətə nə vurulub?/ İDDİA