Bakıda şüa diaqnostikası mövzusunda elmi konfrans başladı – FOTOLAR

  • 2019.03.30 14:50
  • 10614 Baxış
Bakıda şüa diaqnostikası mövzusunda elmi konfrans başladı –  FOTOLAR
Bu gün Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə Bakıda ilk dəfə Şüa diaqnostikasının aktual problemlərinə həsr edilmiş  beynəlxalq elmi praktik konfrans işə başlayıb. 

Medicina.az xəbər verir ki, 2 gün davam edəcək konfransın açılışını Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli edib.  O, respublikamızda şüa diaqnostikası sahəsində uğurlardan danışaraq bildirib ki, son illər regionlarda da bir neçə şüa diaqnostikası mərkəzləri açılıb: "Azərbaycanda şüa diaqnostikası mövzusunda keçirilən ilk beynəlxalq konfrans olduqca əhəmiyyətli hadisədir. Bu gün burda Türkiyə, Rusiya, Qazaxıstan alimləri iştirak edir. Onların fikirləri, təcrübələri bizim üçün faydalı olacaq”.

ATU Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri Məlahət Sultanova Azərbaycanda radialogiyanın yaranma və inkişaf tarixindən danışıb. 2010-cu ildə  ATU Şüa diaqnostika və terapiyası kafedrasının 70 illiyi qeyd ediləcək. Hazırda bu sahədə 3 tibb elmləri doktoru, 50 nəfər fəlsəfə üzrə tibb elmləri namizədi var. 

Daha sonra Proqrama əsasən elmi məruzələrə başlayıb. 

İlk paneldə türkiyəli professor  M. Danacı "Bağırsaqların iltihabı xəstəliklərin radioloji diaqnostikası”, Qazaxıstan  tibb elmləri doktoru, professor Rauşan Raximjanova  "Qazaxıstanda süd vəzi xərçənginin diaqnostikasında innovasiya texnologiyalarının rolu” mövzusunda çıxış edib. R. Raximjanova maraqlı bir fakt barədə məlumat verərək bildirib ki, 1955-ci ildə SSRİ dövründə Qazaxıstanda Sempalatinsk nüvə poliqonunda nüvə bombası sınağının keçirilib, bu sınaqlardan 40 il sonra belə məlumatsız olublar, bu dövrdən sonra Qazaxıstanda qadınlar arasında süd vəzi xərçəngi geniş yayılıb. O, Qazaxıstanda süd vəzi xərçənginin diaqnostikası sahəsində əldə edilən uğurlardan söz açıb. 

Türkiyəli professor Bakıda Diaqnostika Mərkəzində invaziv radialogiya şöbəsinin rəhbəri Ahmet Memiş isə Azərbaycan üçün də aktual olan "Revovaskulyar xəstəliklərin invaziv radialoji müalicəsi” mövzusunda real xəstə təcrünələrini bölüşərək, böyrəyə bağlı hipertenziya xəstələrində endovaskulyar müayinə və müalicələrin vacibliyini vurğulayıb.

Konfrans sabah da öz işini davam etdirəcək.