Bakıda klinikaya pulu çatmayan həkim dövlət xəstəxanasında öldü

  • 2018.04.18 14:19
  • 18182 Baxış
Bakıda klinikaya pulu çatmayan həkim dövlət xəstəxanasında öldü
Bakıda həkim əməliyyatdan sonra vəfat edib.


Medicina.az Report-a istinadən xəbər verir ki, Bakı şəhərində yerləşən 25 saylı şəhər poliklinikasının həkim-otorinqoloqu Əziz Bayramlı aprel ayının 14-də dünyasını dəyişib.


Belə ki, 63 yaşlı Ə.Bayramlı ötən həftə Bakıda yerləşən "MediStyle Hospital”da bud-canağ oynağının endoprotezləşmə əməliyyatı keçirib. O, cərrahi əməliyyatdan sonra ayılıb, hətta ayağa da qalxıb. Lakin əməliyyatdan 3 gün sonra komaya düşüb.


Yaxınları koma vəziyyətində olan xəstəni "MediStyle Hospital”da saxlamağa maddi gücü çatmadığı üçün onu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirib. Ə.Bayramlı həmin xəstəxanada vəfat edib.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, Ə.Bayramlı 1954-cü ildə dünyaya gəlib.