Bakıda alman uşaq zəhərləndi, Almaniya təcili təyyarə göndərdi – Alman həkim xəstəxanadakı şəraitdən şoka düşdü

  • 2018.08.13 15:20
  • 25868 Baxış
Bakıda alman uşaq zəhərləndi, Almaniya təcili təyyarə göndərdi –  Alman həkim xəstəxanadakı şəraitdən şoka düşdü

Ötən həftə Bakıya turist kimi gələn Almaniyalı ailənin 5 yaşlı övladı kimyəvi məhlul içərək zəhərlənib. Toksikoloji mərkəzə yerləşdirilən uşağın vəziyyəti ilə bağlı həkimlər dəqiq bir söz deməyərək, yalnız 15 saatdan sonra bir şey deyəcəklərini bildiriblər.

 

Medicina.az xəbər verir ki, valideynlər təşviş içində Almaniya səfirliyinə müraciət edib, məsələyə sığorta şirkəti də qarışıb. Uşağın müalicəsi və sağ qalıb-qalmayacağı barədə dəqiq cavab bilinmədiyindən Almaniyadan ambulans təyyarə göndərmək qərarına gəlinib. Reaktiv mühərrikli təyyarə 3 saata Bakıya çatıb. Təyyarədə gələn həkim uşağın vəziyyətini və xəstəxanadakı şəraiti görəndən sonra təcili Almaniyaya aparılmaq qərarı verib. 


Qeyri-rəsmi məlumata görə, 5 yaşlı vətəndaşının xilas olunması üçün 200 min avroya yaxın vəsait xərclənib. Bİr mənbəyə görə isə bu məbləği sığorta şirkəti qarşılayıb.