BölmələrRU
Xidmətlər
 

Bağırsaqları,dalağı döş boşluğuna keçmiş uşağın əməliyyatı – Diafraqmal yırtığın fəsadları-VİDEO

Uşaq cərrahlarının ən ağır əməliyyatlardan hesab etdiyi, pasiyent üçün ağır patologiya olan anadangəlcə diafraqma yırtığı uşağın hətta ölümünə səbəb olur.

Medicina.az xəbər verir ki, son zamanlar Azərbaycanda da anadangəlmə diafraqma yırtığı ilə doğulanlara çox rast gəlinir. 

3 yaşlı pasiyentdə təsadüfi müayinə nəticəsində nazik, yoğun bağırsaq, hətta dalağın yerində olmadığı, yuxarı doğru sıxıldığı aşkarlanıb. Bu orqanlar döş qəfəsində ürəyi və ağciyərləri sıxdığından uşaqda narahatlıqla baş qaldırıb. 

Uşaq cərrahı Toğrul Ömərov uşağı gələcək fəsadlardan qorumaq üçün planlı torakoskopik əməliyyata hazırlayır. Kəsik açmadan diş boşluğuna daxil olaraq, bağırsaqlar, dalar, hətta appendiksin artıq döş boşluğunda yığıldığı aşkar görülür. 

Bütün orqanlar yerinə salınaraq, diafraqmada olan böyük dəlik ( yırtıq) qapadılaraq əməliyyat tamamlandı. 
Uşaq 3 gün sonra tam sağlam evə yazıldı. 
Əməliyyatdan Video fraqmenti təqdim edirik