Bağırsağınızda problem var? - BU 6 TƏKLİFDƏN YARARLANIN

  • 2018.07.25 11:44
  • 12691 Baxış
Bağırsağınızda problem var? -  BU 6 TƏKLİFDƏN YARARLANIN
İnsan bağırsağında 1000 fərqli bakteriya növü mövcuddur. Bakteriyaların növünün çox olması sağlamlıq baxımından əhəmiyyətlidir.


Artıq çəki, narahat bağırsaq sindromu və diabet kimi narahatlıqlar bağırsaqlardakı bakteriya növlərinin azlığı ilə əlaqəlidir. Bəs, bu bakteriya növlərini artırmaq üçün nə etmək olar?

 

Medicina.az həmin üsulları təqdim edir:


1. Zəifliklə əlaqəli bakteriya


Zəif insanlarda daha çox sayda Akkermansia adlı bakteriyanın olduğu müəyyən edilib. Bu vəziyyət bu bakteriyanın çəki almağa mane ola biləcəyinə dair iddiaların yaranmasına səbəb olub.


Bu bakteriyanı bəsləyəcək qidaların başında isə qırmızı üzüm dayanır.


2. Lifli qidalar


Qida müxtəlifliyini artırmaq bakteriya növlərinin də artmasına imkan yaradır. Bədəndəki faydalı bakteriyalar lifli qidalardan xoşlanırlar.


Lif baxımından ən zəngin qidalara isə meyvə, tərəvəz və bütün taxıllar daxildir. Sarımsaq, yer alması, banan, alma, qarağat və noxud Bifidobakteri kimi faydalı bakteriyanı bəsləyir.

 

yaban mersini

 



3. Probiotik iddialarına ehtiyatla yanaşın


Bağırsaqlardakı faydalı bakteriyaları bəslədiyi iddiasıyla satılan probiotik məhsulların uzun müddətdə bakteriya müxtəlifliyini artırdığına dair elə də məlumat yoxdur.


Lakin probiotiklərin kiçik yaşlı uşaqlarda və yaşlılarda yaxşı nəticələr verdiyi və antibiotik istifadəsindən sonra ortaya çıxa biləcək mədə və bağırsaq narahatlığına yaxşı təsir göstərdiyi müəyyən edilib.


4. Mayalı qidalar


Kefir, miso (fermentasiya edilmiş soya lobya ezməsi), turşu, pasterizə edilməmiş süddən hazırlanan pendir kimi qidaların faydalı bakteriyaları bəslədiyi məlumdur.

 

karın bölgesini gösteren eller

 


5. Ən radikal çarə


Bağırsaqlardakı bakteriya növlərinə ən radikal müdaxilə nəcis nəqli ilə həyata keçirilir. Faydalı bakteriya baxımından zəngin insanların nəcislərindən alınan nümunələr xəstəlik yoxlamasından sonra bunu alan insana nəql edilir.


Bu nəql iki şəxsin qalın bağırsağına və burnuna bağlanan bir boru vasitəsilə həyata keçirilir. Bağırsaqdakı bakteriya infeksiyası səbəbiylə ciddi ishal problemi olan insanlar üçün nəcis nəqli həyatı xilas edən bir vasitə kimi qəbul edilir.


6. Kapsullu nəql


Nəcis nəqli fikri iyrənc gəlirsə, kapsul yoluyla nəql seçimini düşünə bilərsiniz. Sağlam donorlardan alınan nəcis dondurulub qurudulduqdan sonra mədə turşuluğuna davamlı kapsullara qoyularaq həb vəziyyətinə gətirilir.


Bu kapsul qalın bağırsaqda açılaraq faydalı bakteriyaların oraya yerləşib çoxalmasına şərait yaradır.