- Özünüz evdə də hazırlaya bilərsiniz/ RESEPTBahalı kosmetika şirkətlərinin ən məşhur maskası: AĞ GİL

  • 2018.12.09 23:54
  • 27098 Baxış
 - Özünüz evdə də hazırlaya bilərsiniz/ RESEPT Bahalı kosmetika şirkətlərinin ən məşhur maskası: AĞ GİL
Gözəl görünmək üçün bahalı vasitələr almaq vacib deyil. Daha ucuz universal vasitə var ki, onunla bahalı vasitələrin verdiyi effekti almaq mümkündür – bu, ağ gildir. 


Medicina.az xəbər verir ki, ağ gilin tərkibinə alüminium silikatlar, kremni, maqnezium, müxtəlif mineral və düz kompleksləri daxildir. Ağ  gil üz üçün ideal vasitə hesab olunur. Bundan kosmetologiyanın bütün sahələrində tətbiq edilir.  Ona görə də müsair kosmetologiyanı gilsiz təvəvvür etmək çətindir. Bu möcüzəvi vasitənin tərkibində olan komponenetlərin hamısının suda həll olmaması sayəsində gil maksimal dərəcədə dəri tərəfindən sovrulur. Ağ gil dərinin rəngini açır, yağlılığı aradan qaldırır, iltihabı yox edir, üz səthində olan zərərli maddələri adsorbsiya edir, məsamələri təmizləyir, piqment ləkələrinin rəngini soldurur, dəriyə elastiklik verir. 


Ağ gil apteklərdə satılır. İstifadə edərkən bir sıra şərtlərə riayət edilməlidir. Gil məhlulunu qaynar suda və ya qaynadılmış suda hazırlamaq olmaz. Bu zaman onun tərkibində olan faydalı elementlər parçalanır. Həmçinin də üz dərisində hər hansı bir zədə, yanıq və ya yara olmamalıdır. Göz ətrafı hissəyə maska çəkilməməlidir. Dərinin yağlılıq dərəcəsindən aslı olaraq maska üzdə 5-20 dəqiqə arası saxlanıla bilər. 

 

Картинки по запросу kiehl's deep pore cleansing masque


Ağ gildən müxtəlif məqsədlər üçün istifadə edilir. Onlardan bir neçəsinin reseptlərini sizə təqdim edirk: 


Ağardıcı: xiyar, limon, gil. Yarım xiyarın və yarım limonun şirəsini qarışdırın. Xama qatılığına gələnədək ağ gil əlavə edin. Üzünüzdə 10-12 dəqiqə saxlayın. Maskanı 10 gündən bir etmək yaxşı nəticə verir. 


Sızanaqlar əleyhinə: aloe şirəsi, mineral su və gil.  Hər 3 vasitədən xama qatılığında qarışıq hazırlayın. Tətbiq ediləcək dəri qurudursa, o zaman vasitəyə bal və ya bitki yağı da əlavə edin. Üzünüzə çəkin 10 dəqiqə saxlayın.


Ağ gildən saçlar üçün də maskalar hazırlanır.


Yağlı saçlar üçün: Çobanyastığı və ya gicitkən dəmləməsi ilə ağ gildən sıyığabənzər məhlul hazırlayın. Məhlulu saçların dibinə dairəvi hərəkətlərlə yeridin. Maskanın qalan hissəsini saçların uzunu boyu sürtün. Başınıza dəsmal bağlayaraq 1 saat gözləyin. Sonra isə şampun tətbiq etmədən yuyun. İstəsəniz balzam vura bilərsiniz. Maskanı ayda 1-2 dəfə etsəniz kifayətdir. 


Məlumat üçün bildirək ki, ağ gildən bahalı kosmetika şirkətləri maskalar hazırlayaraq satırlar. Qiymətləri isə kifayət qədər yüksək olur.


Arzu

Medicina.az