“Bacanaqlar”ın aktyoru Türkiyəyə getdi - Xəstəliyinin müalicəsini axtarır/FOTO

  • 2017.11.25 11:33
  • 52243 Baxış
“Bacanaqlar”ın aktyoru Türkiyəyə getdi -  Xəstəliyinin müalicəsini axtarır/FOTO
Azərbaycanın məşhur komediya aktyoru Tərlan Nur Yaşar illərdir, əziyyət çəkdiyi şəkər xəstəliyinin çarəsini tapmaq üçün Türkiyəyə üz tutub.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

7 ildir şəkər xəstəliyindən əziyyət çəkən aktyor müalicə almaq üçün Türkiyənin Samsun şəhərində yerləşən xəstəxanaya müraciət edib. Aktyor, müalicəsinin effekt verəcəyinə inandığını və tezliklə sağlığına qovuşacağı günü gözlədiyini bildirib.

Mütəxəssis Muzaffer Al şəkərli diabet xəstələrinin sayının hər keçən gün artdığını qeyd edib:

"Ölkəmizdə 10 milyon diabet xəstəsi var. Dünyada isə 335 milyondur. Bu rəqəm 2035-ci ildə 680 milyon ola bilər. İllərdir biz metabolik cərrahi əməliyyatlar keçirdirik. Xaricdən azərbaycanlı sənətçi Tərlan bəy kimi çox xəstə gəlir. Ona müvafiq analizləri etdikdən sonra əməliyyat edəcəyik”.

Qeyd edək ki, Tərlan Nur Yaşar "Bacanaqlar”, "Qız atası” kimi seriallarda rol alıb.