BölmələrRU
Xidmətlər
 

Azyaşlı uşaqlara bal verməyin - Bakteriya var

Pediatrlar 1 yaşına kimi olan uşaqlara bal verməyi tövsiyə etmirlər.

Medicina.az xəbər verir ki, buna səbəb balda Clostridium botulinum bakteriyasının mövcud ola biləcəyidir. Bu bakteriya botulizmin inkişafına səbəb ola bilər. Çox ağır xəstəlik olan botulizm nəfəsalmanın çətinləşməsi, iflic və hətta ölümə gətirib çıxarda bilər.

Daha böyük yaşda uşaqların və böyüklərin orqanizminə düşən sporlar orqanizm tərəfindən zərərsizləşdirilir və onların sonrakı inkişafının qarşısı alınır. Lakin 1 yaşına qədər olan uşaqların immun sistemi hələ çox zəif olur ki, onların orqanizminə düşən sporlar inkişaf edə və çoxala bilər. Bu isə botulizmin inkişafına səbəb olacaq.