Çox ailələri dağıdan kişi problemi - Azospermiyanın müalicəsi varmı? - Uroloq fikri

  • 2018.10.30 18:30
  • 24813 Baxış
Çox ailələri dağıdan kişi problemi -  Azospermiyanın müalicəsi varmı? - Uroloq fikri
Xayada heç bir spermanın olmaması adlandırılan azospermiya kişilərin 1%ində,sonsuzluq diaqnozu olan kişilərin isə 10-15 %ində rast gəlinir. Azospermiyası olan kişilərin əksəriyyətində sperma daşıyıcı kanallar açıq olsa da,əsas xayalarda yetərli sperma istehsalının olmamasıdır.Xayada spermanın olmaması kişinin təbii yollarla övlad sahibi olmamasının göstəricisidir. Ancaq müasir tibbi metodlar vasitəsilə müalicə edilən xəstəlikdir.


Medicina.az xəbər verir ki, Testikulyar çatışmazlıq olaraq adlandırılan bu vəziyyət testislərin özü və ya sperm istehsalında hormonları stimullaşdırmaqla xayadan ifraz edən  hipofiz vəzinin xəstəliyinə  görə ola bilər.


Xəstələrin təxminən 40% ində azospermiyanın səbəbi testislərdə spermanın istehsal olunmasında deyil,inkişaf etmiş spermanın kanal vasitəsilə xaric oluna bilməməsindədir.


Azospermiyanın simptomları nələrdir?


Azospermiyanın görülə biləcək dərəcədə əlaməti yoxdur.Sperma normal görünüş və rəngdə olur.Azospermiya diaqnozunu təyin etmək üçün ilk növbədə xəstə spermoqramma analizi verməlidir.Nəticəyə əsasən ehtiyac olduğu zaman digər müayinə metodlarından da istifadə oluna bilər.


Azospermiya necə müalicə edilir? Bu barədə tanınmış uroloq-androloq Seymur Mehtiyev öz təcrübəsindən bunları dedi:



Müalicə üçün ilk növbədə azospermiya səbəbi müəyyən edilməlidir.


Azospermiya diaqnozu qoyulan xəstələrdə kliniki və laborator müayinələr dəqiq şəkildə aparılmalı və həkim tərəfindən pasientin keçmişdə keçirdiyi xəstəliklərə qədər araşdırılmalıdır.


Hormon analizlərindən ilk növbədə,  FSH və Testesteron yoxlanılmalıdır.


Fiziki müayinə zamanı xayaların ölçülərinə diqqət edilməlidir. Əgər xaya ölçüləri normadan kiçikdirsə,bu zaman hormonal problemlə yoxsa,hipofiz vəziylə bağlı olduğu aşkarlanmalıdır.


Bütün analizlərin tamamlanmasından və uroloqun müayinəsindən sonra hansı müalicə metodunun seçilməsi müəyyən olunur.


Obstruksiyaya bağlı azoospermiya aşkar edildikdə, spermanın xaric edilməsi prosesinin baş verməsi üçün  kanallardakı maneə törədici əməliyyat ilə açılır.Kanalların açılmasından sonra təbii yolla hamiləliyin baş verməsi gözlənilir.


Kanalların bağlı olmasıyla əlaqəli olmayan spermanın istehsalından yaranan azospermiyalı xəstələrdə isə sperma birbaşa xayadan cərrahi əməliyyat vasitəsilə əldə olunur.


Azospermiya diaqnozu  olan halda necə sperma əldə edilir deyə sual yarana bilər.


Sperm əldə etmək üşün Mikro-tese üsulundan istifadə olunur. Əməliyyat mikroskop altında xayada sperma istehsal edən bölgələrdən götürülür.Mikro-tese testis bölgəsindəki damar və sinir yaralanmalarının aza endirilməsi,sadələşdirilməsi və kiçik parçalarda daha asan bir şəkildə sperma hüceyrəsinin tapılmasına imkanı təmin etdiyi üçün əksər hallarda müsbət nəticə əldə edilən prosesdir.


Mikro-tese əməliyyatını bu sahədə kifayət qədər təcrübəsi olan həkim tərəfindən aparılması məsləhətdir.

 

Çox ailələri dağıdan kişi problemi -  Azospermiyanın müalicəsi varmı? - Uroloq fikri
Çox ailələri dağıdan kişi problemi -  Azospermiyanın müalicəsi varmı? - Uroloq fikri