“Həyat yoldaşının ağzından iy gəldiyi üçün boşananlar görmüşəm” - Stomatoloqdan ilginc açıqlama

Dünyada hər dörd insandan biri ağız qoxusu problemi yaşayır.
Medicina.az xəbər verir ki, stomatoloqlar bunun daxili orqanlardakı problemlərdən əlavə, psixoloji problemə də səbəb ola biləcəyini bildiriblər. Türkiyəli stomotoloq Şiar Atmaca qeyd edib ki, bu, insanların özgüvənini azalda bilər: "Bu problem insanların özünə olan güvənlərinin sarsılmasına səbəb olur. Hətta bu səbəbdən evliliklərin bitdiyinə şahid olmuşam”.
Ağız qoxusunun qulaqardı edilməməsinin vacibliyini vurğulayan Atmaca, gündə ən azı iki dəfə diş fırçalanmasının mühüm olduğunu bildirib:
"Professional ağız gigiyenası üçün qarqara və diş iplərindən istifadə edilməlidir. İldə 2 dəfə diş həkimi müayinəsinə gedilməlidir”.
Stomotoloq çürük dişlər qədər xroniki tənəffüs yolu problemləri və astma xəstəliyinin də pis qoxuya səbəb ola biləcəyini qeyd edib.
"Ağız qoxusu boğaz şişləri, ağciyər infeksiyaları, böyrək və qaraciyər çatışmazlığının xəbərçisi ola bilər”, - deyə Atmaca vurğulayıb.
Şəhanə Quliyeva
Digər xəbərlər
-
Bu hərəkət qadınları klimaks ağrılarından xilas edir - Ginekoloqdan YOQA AÇIQLAMASIDaha ətraflı »
-
Tüklü dil sindromu - 100 insandan 13-ündə rast gəlinirDaha ətraflı »
-
Bu dərmanlar sonsuzluq yaradırmış - İbuprofenin zərərləriDaha ətraflı »
-
“Həyat yoldaşının ağzından iy gəldiyi üçün boşananlar görmüşəm” - Stomatoloqdan ilginc açıqlamaDaha ətraflı »
-
Yeyəndən sonra niyə yatmaq istəyirik? - Yorğunluqla əlaqəsi yoxdurDaha ətraflı »
-
Dar geyimlər bu xəstəliyi şiddətləndirir - Həkimə getməzdən əvvəl, stilinizi dəyişinDaha ətraflı »
Copyright © 2017 Bakutibb.az, Bütün hüquqlar qorunur.