Azərbaycanlı oftalmoloqdan unikal əməliyyat - Kor qadının gözlərini açdı/ FOTO

  • 2018.08.06 12:30
  • 11685 Baxış
Azərbaycanlı oftalmoloqdan unikal əməliyyat -  Kor qadının gözlərini açdı/ FOTO
Azərbaycanlı həkim Mehriban Əlizadə Nigerdə anadan kor doğulan qızı əməliyyat edərək onun gözlərini açıb.


Medicina.az xəbər verir ki, Bakıda özəl klinikaların birində işləyən oftalmoloq cərrah Mehriban Əlizadə türkiyəli həkimlərinin yaratdığı "Könüllülər Dərnəyinin Afrikada korluqla mübarizə layihəsi”nə qoşularaq İslam İnkişaf Bankının dəstəklədiyi "Bir milyon katarakt əməliyyatı" çərçivəsində həkim qrupu tərkibində Nigerə gedib.


Agua adlı ərazidə tibbi xidmət göstərən Mehriban Əlizadəyə Xədicə Şəfahət adlı şəxs yaxınlaşaraq uşağının gözlərini müayinə etməsini istəyib. Lakin Mehriban qadının övladını müayinə etməzdən əvvəl onun öz gözlərində problem olduğunu görüb: "Əslində Xədicə gözləri görməyən övladını müayinə etdirmək üçün bizə gətirmişdi. Lakin, 25 yaşlı qadının içəri girdiyi zaman qəribə baxışları olduğunu hiss etdim. Diqqət etdiyimdə isə onun gözündə ağ katarakt olduğunu gördüm. Xəstəni dərhal əməliyyata aldıq və gözlərinə linza qoyduq. Bir gün sonra gözlərindəki sarğını açdıqda Xədicə qüsursuz şəkildə dünyanı, övladını görə bildi. Ətrafına qəribə baxışlarla baxıb ağladı. Onun bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində, bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur” –deyə həkim bildirib.


Qeyd ki, Nigerə səfər edən könüllü həkim qrupu 635 katarakt əməliyyatı, 1523 göz müayinəsi, 1118 diş müayinəsi, 3403 terapevtik müayinə, o cümlədən 1000 körpənin müayinəsi, 400 ultrasəs müayinəsi həyata keçirilib.