Azərbaycanlı həkim Tatlısəsi müalicə etdi

  • 2018.11.19 00:03
  • 15760 Baxış
Azərbaycanlı həkim Tatlısəsi müalicə etdi
Azərbaycanlı loqoped Esmira Kazımova Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsi müalicə edib.


Medicina.az xəbər verir ki, bu barədə imperator ləqəbi verilən müğənni özü sosial şəbəkədə yazıb.


"Son zamanlar danışanda dediklərimi 2 dəfə təkrar etmək məcburiyyətində qalırdım. Hər şeyin çarəsi var deyib, bu xırda problemi loqopedlə həll etməyə qərar verdim. Allah yenə mənə kömək etdi və Esmira Kazımovanı qarşıma çıxardı. 1 ayda problemi həll etdik. Loqopedimə çox təşəkkür edirəm”.


Xatırladaq ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalıb. Başından gülələnən müğənni iflic olduğu üçün nitqində problemlər yaranmışdı.