Azərbaycanlı aktyor şəkərdən əməliyyat olundu

  • 2017.12.01 14:54
  • 20249 Baxış
Azərbaycanlı aktyor şəkərdən əməliyyat olundu
"Bacanaqlar”, "Qız atası” serialından tanınan aktyor Tərlan Nur Yaşar əziyyət çəkdiyi şəkər xəstəliyi ilə əlaqədar əməliyyat olub.

 

Medicina.az xəbər verir ki, aktyorun Türkiyənin Samsun şəhərində keçirdiyi metabolik cərrahi əməliyyat başa çatıb.


Aktyorun səhhəti ilə bağlı açıqlama verən cərrah Muzaffer Al əməliyyatın uğurlu keçdiyini bildirib:


"Edilən müalicədən sonra yüksək miqdarda insulin ehtiyacı olan şəkər xəstəmizin artıq buna ehtiyacı qalmadı. Səhhəti tam yaxşı formada Azərbaycana geri qayıdacaq. Əməliyyatdan sonra xəstələrimizi nəzarətdə saxlayırıq. Tərlan bəyin də müayinələri xəstəxanamız tərəfindən aparılacaq”.


Sağlamlığına qovuşduğunu deyən aktyor bundan xoşbəxt olduğunu vurğulayıb:


"Bundan sonra daha yaxşı həyatımın olacağına ümid edirəm. Uzun illər sənətimə davam edəcəyimi düşünürəm. Həm Türkiyə, həm də Azərbaycanda işlər görmək istəyirəm. Gələcək illərdə yeni proyektlər olacaq. Onsuz da buralar bizim üçün rəqib bazar deyil, qardaş bazardır. Sağlamlığıma qovuşduğum və sənətimə davam edə biləcəyim üçün sevincliyəm”.


Qeyd edək ki, 7 ildir şəkər xəstəliyindən əziyyət çəkən aktyor Tərlan Nur Yaşar bir müddət öncə əməliyyat üçün Türkiyənin Samsun şəhərinə yollanmışdı.


 


 
Azərbaycanlı aktyor şəkərdən əməliyyat olundu