Azərbaycanın tanınmış uroloqu qəflətən vəfat etdi – Beyin qansızmasından

  • 2018.09.03 14:28
  • 14914 Baxış
Azərbaycanın tanınmış uroloqu qəflətən vəfat etdi –  Beyin qansızmasından
Dünən tanınmış həkim, sonsuzluğun müalicəsi üzrə ad qazanmış uroloq-androloq Elxan İbrahimov beyin qansızmasından dünyasını dəyişib. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. 


Medicina.az xəbər verir ki, həkimin qəfil ölümü hər kəsi şoka salıb. Əvvəllər Tusi adına klinikada çalışan və bir müddət Sağlam Ailə Tibb Mərkəzinin direktoru olan E. İbrahimov Türkiyədə də çalışırdı. Doğmalarının və yaxın həkimlərin bildirdiyinə görə, mərhuk yüksək təzyiqdən əziyyət çəkirdi. Siqareti tərgitmişdi, amma bu onun təzyiqini oynadırdı. Təzyiqi yüksək olsa da dərman qəbul etmir, çox və gərgin işləyirdi. 

 


Allah rəhmət etsin.