Azərbaycanın ən yaşlı sakini vəfat etdi - 38 nəvəsi, 72 nəticəsi var...

  • 2019.01.16 13:20
  • 21744 Baxış
Azərbaycanın ən yaşlı sakini vəfat etdi -  38 nəvəsi, 72 nəticəsi var...
 

Şimal regionunda ən yaşlı seçici və yaşlı şəxs kimi siyahıya düşən, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 109 yaşlı Nəcimə Dəmirova bir neçə gün öncə dünyasını dəyişib.

 

Medicina.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a onun böyük oğlu Zöhrab Dəmirov məlumat verib


Xatırladaq ki, bir əsrdən çox ömür yaşayan Nəcimə nənə ötən il keçirilən prezident seçkilərində ən yaşlı seçici kimi öz səsini verib. Mətbuat orqanları neçə illər ərzində Nəcimə nənənin səsverməsini işıqlandırmaq istəsə də, o, heç vaxt buna razı olmamışdı. Amma ötən ilki seçkilərdə səsverməsinin işıqladırılmasına razı olmuşdu.


Nəcimə nənənin böyük oğlu Zöhrab müəllim həmin anı belə xatırlayıb: "Anam yatağa düşəndən özünə qapanmışdı. Nə heç kimi görmək, nə də eşitmək istəyirdi. Hətta musiqi səsi gələndə əsəbləşirdi. Televiziya kanallarından və saytlardan hər seçki ərəfəsində anamı çəkmək üçün müraciətlər gəlirdi. Amma o, hər dəfə təklifi rədd edirdi. Sonuncu prezident seçkilərində "səni bir qız çəkmək istəyir” dedikdə "gəlsin" deyib, razılıq verdi. Biz də şad olduq”.


Onu da qeyd edək ki, N.Dəmirovanın 7 övladı, 38 nəvəsi, 72 nəticəsi, 10 kötücəsi var.