Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək

  • 2018.04.11 11:16
  • 14331 Baxış
Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək
2018-ci ildə Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək.


Medicina.az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə turizmi mövzusuna həsr olunan Azərbaycan-Almaniya biznes-forumunda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.


O bildirib ki, son illərdə ölkədə 600-dən çox səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub:


"Bununla da Azərbaycanın hər şəhərində yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün şərait yaradılır”.


Bakıda keçirilən biznes-forumda səhiyyə turizmi sahəsində çalışan 130-dan çox şirkətin nümayəndələri iştirak edirlər.
Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək