Azərbaycanda vərəmə yoluxanların sayı azalıb

  • 2018.04.13 14:39
  • 12842 Baxış
Azərbaycanda vərəmə yoluxanların sayı azalıb
2016-cı ildə 2003-cü illə müqayisədə ilk dəfə qoyulmuş vərəm diaqnozu ilə xəstələnmə səviyyəsi hər 100 min nəfər əhaliyə 48 nəfərdən 39 nəfərə qədər azalıb.


 

Medicina.az xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov YAP-ın internet səhifəsində verdiyi müsahibəsində deyib.


Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, ölkədə aparıcı texnologiyalarla, müasir  tibbi avadanlıqlarla təchiz olunan yeni tibb mərkəzlərinin yaradılması işi davam etdirilir:


"Ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər sırasında dövlətin ekoloji siyasətinin də müstəsna əhəmiyyəti vardır.


Ətraf  mühitin mühafizəsi, sağlam ekoloji mühitin yaradılması, təbii ehtiyatlardan səmərəli və xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələləri ölkə Prezidentinin daim diqqət mərkəzində olub, son 15 il ərzində bu istiqamətdə irimiqyaslı dövlət proqramları və layihələr həyata keçirilib, bu sahəyə yönəldilmiş investisiyaların həcmi 2003-cü ildəki 3,0 milyon manatdan 2017-ci ildə 117,4 milyon manata yüksəlib.


Bu illər ərzində Hövsan aerasiya stansiyası yenidən qurularaq genişləndirilib, rayon və kəndlərdə əhalini təmiz içməli su ilə təmin edən modul tipli təmizləyici qurğular quraşdırılıb, Bakıda məişət tullantıları zavodu tikilərək istifadəyə verilmiş, yaşıllaşdırma işləri geniş vüsət alıb.(oxu.az)


Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib”.