BölmələrRU
Xidmətlər
 

Azərbaycanda uşaq cərrahından xeyirxah addım – Ayda 2 imkansız uşağı əməliyyat edəcək

Azərbaycanda uşaq cərrahı  Fuad Məmmədov xeyriyyə məqsədilə aksiyaya başlayır. O, hər ay 2 imkansız ailənin övladını uşaq cərrahiyyəsinə aid pulsuz əməliyyat edəcəyi barədə məlumat yayıb. 

Medicina.az xəbər verir ki, Türkiyədə təhsil alıb, bir müddət orda təcrübə keçmiş Fuad Məmmədov özəl klinikada çalışır və uşaq cərrahiyyəsi-urologiyası uzmanıdır. Əgər övladınızın uroloji problemləri varsa və əməliyyat etməyə imkanı yetməyən ailəsinizsə, o zaman həkimə müraciət edin.