BölmələrRU
Xidmətlər
 

Azərbaycanda satışda olan duzlarda təhlükəli maddə – Qaz zavodlarının tullantısı olan E 535, E 536-in orqanizmə zərəri

Ferrosianid kaliy – E535, E 536 qida sənayesində istifadə olunan zərərli kimyəvi madədlərdən, əlavələrdən biridir. Artıq çox ölkələrdən ona qadağa qoyulub. 

Daha çox süfrə, xörək duzlarına duzun narın qalması, rütubətdən yapışmaması üçün qatılır. Həmçinin duzun ağappaq olmasını təmin edir. Əslində isə natural duz bir qədər ağımtıl-sarı olmalıdır. 

Bu maddənin Azərbaycanda satışda olan duzlarda olub-olmamasını araşdırdıq. Marketdə satışda olan 99% duzlarda – yerli və rusiya istehsalı qablaşdırmaların hamısında bu maddə qeyd olunmuşdu, baxmayaraq ki, doza 0,01% göstərilmişdi, yəni o qədər azdır ki, ziyanı yoxdur. Təkcə Naxçıvan duzu altında buraxılan yodlu duz qutusunda bu maddə əks olunmamışdı. Görünür bu duz iri sənaye müəssisəsində istehsal olunmur və istehsalçıya bu maddəni istifadə etmək sərfəli deyil. Hər halda kiçik istehsalatda buraxılan duzların da tərkibinin araşdırılması vacibdir. 

Medicina.az E 536-nın insan orqanizminə təsirini araşdırb.

Deməli bu maddə sarımtıl kristal tozdur, o qaz zavodlarında qazın təmizlənməsi zamanı sintez olunur. Adından məlumdur ki, tərkibində sianist birləşmələr var. 
 

Bu zərərli maddənin insana mənfi təsirləri:

-Mədə-bağırsaq selikli qişa zədələnməsi, pozulmalar
-Qaraciyər toksikləşməsi
-Dəri xəstəlikləri – akne, dermatit, allergiya
-ƏSəb sisteminə təsir
-Limfa sistemin işinə təsir
-Orqanizmin intoksikasiyası
-Hamilə qadınların belə duzdan istifadəsi döl üçün zərərlidir

Əslində toz halında ferrosianid kaliy çox zəif təsirlidir. Amma su ilə təmasdan sonra ondan zəhərli qazlar ayrılır. Bu isə bağırsaqlarda spazmlara səbəb olur. Bu emulsiyanın mədə şirəsi ilə reaksiyası isə daha təhlükəli – sinil turşusu yaradır.  Xüsusən yemək 50-60 dərəcədə bişiriləndə, qaynayanda və qızdırılanda bu yeməyə səpilən duz istiliyin təsirindən sinil turşusu birləşməsi sintez edir.

Körpə uşaqların hələ formalaşmamış sinir-əsəb, mədə-bağırsaq sistemi üçün bu duzlar çox zərərlidir. 

Vicdanlı istehsalçılar qutuda etiketdə duzun tərkibində E 536-nın olmasını və dozasını göstərir.  Lakin çoxları bunu başqa adla əvəz edir, istehlakçını çaşdırır və ya ümumiyyətlə yazmır, gizlədir. Bu xüsusilə kiçik sexlərdə, kurtar üsulu ilə qablaşdırılmış duzlara da aiddir. 

Əgər belə zərərli maddə olan duzları qəbul etmək istəmirsizsə, o zaman duz alarkən qutuda E535, 536 sözlərini axtarmalısız. Əgər varsa, o duzu almayın. Daha natural, təbii duzlar seçin, rəngi sarı, boz olsa da, özü tez nəmlənsə də, natural duz sağlamlığınız üçün daha faydalıdır.

Aygün Musayeva