Azərbaycanda satılan tibbi ləvazimatlar hansı ölkələrdən idxal edilir?

  • 2017.09.22 22:55
  • 17024 Baxış
Azərbaycanda satılan tibbi ləvazimatlar hansı ölkələrdən idxal edilir?
Səhiyyə Nazirliyi apteklərdə satılan tibbi ləvazimat - şpris, təzyiq ölçən aparat, termometrlərin Azərbaycana idxal edildiyi ölkələri açıqlayıb.


Medicina.az trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, ölkəmizə şprislər əsasən Türkiyə və Çindən gətirilir.


Təzyiq ölçən aparatlar, termometrlər isə respublikaya MDB, Avropa Birliyi ölkələri və Çindən idxal edilir.


Mərkəzdən bildirilib ki, şprislərin, təzyiq ölçən aparatların, termometrlərin gətirilməsi üçün tibb vasitələrinin idxalı üçün nəzərdə tutulan sənədlərin olması tələb edilir.