Azərbaycanda qadının uşaqlıq yolundan həşarat çıxdı - FOTO

  • 2018.09.13 10:41
  • 8445 Baxış
Azərbaycanda qadının uşaqlıq yolundan həşarat çıxdı -  FOTO
Azərbaycanda həkim müayinə zamanı qəribə hadisə ilə üzləşib.

 

Medicina.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Avrasiya Hospitalında işləyən Ginekoloq-cərrah Naza Qurbanova pasiyenti 46 yaşlı qadının uşaqlıq yolunda həşərat aşkarlayıb.


Dərhal lazımi tədbirlər görülüb və həşərat uşaqlıq yolundan çıxarılıb. Həkimin sözlərinə görə, müayinəyə kimi xəstə özündə heç bir narahatlıq hiss etməyib:


"Xəstənin heç bir problemi yox idi, sadəcə olaraq profilaktik tədbir üçün müayinəyə gəlmişdi. Ancaq müayinə zamanı məlum oldu ki, xanımın uşaqlıq yolunda həşərat var. Həşərat çıxarıldı və o, evə yola salındı. Hazırda vəziyyəti yaxşıdır. Bu kimi halla ilk dəfədir rastlaşırıq. Həmin həşəratın uşaqlıq yoluna necə daxil olduğunu nə xanım bilir, nə də ki biz”.

 

Azərbaycanda qadının uşaqlıq yolundan həşarat çıxdı -  FOTO