Azərbaycanda Pnevmoniya təhlükəsi var – Bu xəstəliyi tanıyın və qorunun

  • 2018.02.17 18:08
  • 37361 Baxış
Azərbaycanda Pnevmoniya təhlükəsi var –  Bu xəstəliyi tanıyın və qorunun
Pnevmoniya – ağciyərlərin infeksion xəstəliyidir. Adətən o 2 yaşdan aşağı uşaqları, 65 yaşdan yuxarı yaşlıları, şəkərli diabet xəstələrini, immuniteti çox aşağı olanları və alkoqolikləri tez yaxalayır.


Yoluxma səbəbi

Əsas bakteriyası Streptococcus pneumaniae-adlanan bakterial floradır. Yuxarı tənəffüs yollarının infeksion xəstəliklərindən, qripdən sonra yaranır. 50% hallarda oyadıcısı virus olur. Vuris pnevmaniyası qışda aktivləşir və bakterial pnevmoniya kimi kəskin fon daşımır.

Bəzi hallarda oyadıcı  mikoplazma olur. Digər oyadıcılardan göbələk, parazitləri misal çəkmək olar. Amma bunlara nadir rastlanır.


ƏLAMƏTLƏR

-Qrip, soyuqdəymə ilə eyni oxşardır.

-Titrətmə, qızdırma, döş qəfəsində kəskin ağrı, kəskin tərləmə, yaşıl bəlğəmli öskürək, sürətlənən nəbz, sürətli tənəffüs, dırnaq və dodaqlarda göyərmə

-Bədəndə istilik

-Quru öskürək

-Əzələ-baş ağrısı

-Yorğunluq, halsızlıq


Ağırlaşmaları

Vaxtında müayinə-müalicə olunmasa, ağırlaşmalar verir


-Plevrit – plevranın iltihabı

-Ağciyərlərin şişkinliyi

-Abses – irinləmə

-Tənəffüsün kəskin pozulması


Nə etməli?

Dərhal terapevt və pulmanoloqa müraciət etməli, lazım gəldikdə rentgen olunmalı. 

Xüsusən ahıl insanlar, hamilə qadınlar, körpələr vaxt itirilmədən hospitəlizə olunmalıdır. 

Virus və bakterial mənşəli olması üçün qan analizi də verilməlidir. 

Əgər bakterial və ya göbələk infeksiyası təsdiq olunsa, antibakterial və göbələk əleyhinə preparatlar təyin olunur. 


Profilaktika:

60 yaşdan yuxarı yüksək risk altında olan insanlar peyvənd olunmalıdır

Risk qrupunda olan uşaqlar, xüsusən astmalı uşaqlar peyvənd olunmalıdır

Qripdən sonra mütləq ağciyərlər yoxlanmalıdır

Qrip hallarında əlləri 15 dəqiqədən bir sabunla yumaq

İmmunitet artırıcı, bronx təmizləyici tədbirlər görməli

 

Pnevmoniya yoluxa bilən xəstəlikdir. Ətrafınıza diqqətli olun. 

 


Azərbaycanda Pnevmoniya təhlükəsi var –  Bu xəstəliyi tanıyın və qorunun