BölmələrRU
Xidmətlər
 

Azərbaycanda növbəti doğuş faciəsi

Gəncə şəhərində körpə doğuş zamanı ölüb.

Hadisə Gəncə şəhərində yerləşən özəl klinikalardan birində baş verib. 

Gəncə şəhər sakini,1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb.  Körpənin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.