Azərbaycanda həkim qanlı tənzifi xəstənin qarnında unudub - FOTO

  • 2019.04.13 10:02
  • 18132 Baxış
Azərbaycanda həkim qanlı tənzifi xəstənin qarnında unudub -  FOTO
 

Azərbaycanda həkim yad cismi xəstənin qarnında unudub. 


Medicina.az "Report"a istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda qeydə alınıb. 


Belə ki, ötən ilin sentyabrında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeysəriyyə əməliyyatı edilən rayon sakini Günay Əsədli son aylar qarın nahiyəsindəki küt ağrılardan əziyyət çəkib. Bu səbəbdən Bakı şəhərində yerləşən özəl xəstəxanalardan birində müayinədən keçib. Bu zaman qadının daxilində tənzif parçasının qaldığı məlum olub. G.Əsədliyə həmin yad cismin uzun müddət orada qaldığından çürüyərək orqanizminə mənfi təsir göstərdiyi və ona təcili olaraq yenidən əməliyyat olunması tövsiyə edilib.