Azərbaycanda exinokokk qurduna yoluxma halları artıb –Əlamətlər və müalicəsi barədə həkim məsləhəti

  • 2018.06.07 15:38
  • 46335 Baxış
Azərbaycanda exinokokk qurduna yoluxma halları artıb – Əlamətlər və müalicəsi barədə həkim məsləhəti
Son zamanlar əhali arasında müzakirə mövzusu olan, amma daha çox uşaqlarda qurd axtaran valideynlər bəlkə də bilmir ki, qurdların ən böyüyü, ən təhlükəlisi elə özlərindədir.

 

 


Qurd invaziyalarını yoxlatmaq bir qədər çətin, baha başa gələn prosesdir. Qanda qurd diaqnozu dəqiq qoyulmadığından insanlar nəcis analizi verməkdə maraqlı deyil, hətta qan analizi versələr belə müxtəlif qurdlar üçün müxtəlif analizlər tələb olunur.


Orqanizmdə olan 30-40 növ qurdu təyin etməyə imkan verən müasir metodlardan biri də maqnit rezonans aparatı ilə elektromaqnit dalğalarının bədənə ötürülməsidir. 


Bioloji Təbabət klinikasının qurd invaziyalarının diaqnostikası və müalicəsi ilə məşğul olan Sevinc Abdullayeva Medicina.az-a açıqlamasında bu il hər 3 nəfərdən birində exinokokk aşkarladıqlarını, bu qurdun geniş yayıldığını və artıq təhlükəli həddə çatdırdığını bildirdi. Exinokokkun müalicəsi yalnız cərrahi yolla olduğundan, pasiyent üçün ikiqat çətinlik və risk yaradır.


" Exinokokk yaxşı bişməmiş ət yeməklərində, çiy ətdə, süd məhsullarında, yaxşı yuyulmamış qidalarda olur. Bir sözlə, qurdu olan heyvanın 

ətindən insana keçir.  Tələbə və şagirdlər daha çox dönərdən yoluxur. Hazır yeməklər, kolbasa-sosis məmulatlarının  hazırlandığı ətin mənşəyi də məlum deyil.


Daha çox bölgələrdən, rayonlardan gələn pasiyentlərdə aşkarlayırıq.  Bu da onların həyətdə mal-qara, ev heyvanları ilə təmasda olmasından, süd məhsullarını lazımi qədər bişirmədiklərindən, gigiyenik qaydalara tam əməl etmədiklərindən irəli gəlir. 


Exinokokk daha çox böyük və yaşlı insanlarda rast gəlinir. Müalicəsi də yalnız cərrahi yolladır. Qurdun olduğu orqanda həmin hissə kəsilir. Qurd dalaq, qaraciyər, hətta beyində də ola bilir. 


İlkin mərhələdə -sista formasında aşkar olunarsa, müalicə daha uğurlu olur. Bizim klinikada olan maqnit aparatının üstünlüyü ondadır ki, bütün qurdların yumurtalarını aşkar edir və xəstəni xəbərdar edirik ki, səndə artıq qurdlar yaranacaq, müalicə olunmaq vaxtıdır. Sista-yumurta qurda çevrildikcə, insanın immuniteti zəifləyir, daha ağır fəsadlara səbəb olur”. 


Həkim insanları ayıq olmağa, əlamət və şikayətləri gözləmədən ildə 2 dəfə müayinədən keçməyi və profilaktik müalicə almağı məsləhət görür:


" Ümumiyyətlə, qurd xəstəliyi olan insanın bağırsaq mikroflorası pozulur, iştahsızlıq, disbakterioz, anemiya olur. Qurd hansı orqanı çox zədələyibsə, o orqanla bağlı əlamətlər verir. 

 



Amma hər əlaməti də qurda bağlamaq olmaz. 

Elə xəstəmiz olub, ürəyi bulanıb, bağırsaqlar pozulub, arıqlayıb, dişlərini qıcayır – amma müayinədə qurd tapılmayıb. Qurd arıq – köklüyə baxmır. Kök insanda da qurdlar tapmışıq. Bəzən qurd elə yerdə yeləşir ki, şikayət vermir, tapılması da çətindir. Amma bizim istifadə etdiyimiz aparat qurdun yerindən asılı olmayaraq, yumurtalarına kimi tapır. Xəstənin cəmi 20 dəqiqə vaxtı gedir. Müayinə həm də ucuz başa gəlir. Daha sonra qurdun harda yerləşməsini tam dəqiqləşdirmək  üçün USM, rentgen və digər analizlər təyin olunur. 


Müalicə məqsədilə biorezonans aparatı ilə elektromaqnit dalğaları göndərməklə qurd və sürfələrini məhv edirik. Təbii ki, artıq orqanı zədələyən iri və kisə halında qurdlar, exinokokk əməliyyatla götürülməlidir. 


Aparatla təmizlənmədən sonra zəifləmiş immunitet və bağırsaq mikroflorasını bərpa etmək üçün bioloji metodla dərman müalicəsinə başlanılır. Bu mütləqdir ki, orqanizm bərpa olsun. Çünki qurd zəif immunitetli insanlarda inkişaf edir. Pasiyentlərə demək istərdik ki, bütün növ qurdları aşkarlamaq, diaqnoz qoymaq və müalicə etmək mümkündür. Sadəcə, ildə 2 dəfə müayinədən keçmək lazımdır”.

 



 


Tel.: (012) / (050) / (055) / (070) 430 89 89

Ünvan: Bakı ş, 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında

Azərbaycanda exinokokk qurduna yoluxma halları artıb – Əlamətlər və müalicəsi barədə həkim məsləhəti
Azərbaycanda exinokokk qurduna yoluxma halları artıb – Əlamətlər və müalicəsi barədə həkim məsləhəti