Azərbaycanda əkiz və üçəmlərin doğumunda artım var

  • 2018.10.11 17:23
  • 7650 Baxış
Azərbaycanda əkiz və üçəmlərin doğumunda artım var
Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib.


Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. 


Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir. Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.