Azərbaycanda daha bir unikal əməliyyat

  • 2018.01.09 11:03
  • 13943 Baxış
Azərbaycanda daha bir unikal əməliyyat
Azərbaycanda çox nadir və mürəkkəb əməliyyat həyata keçirilib.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyindən publika.az-a verilən məlumata görə, əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində icra olunub. 48 yaşlı qadın xəstənin böyrəküstü vəzindəki törəmə qapalı yol ilə xaric edilib. Bu barədə əməliyyatı icra edən şöbə müdiri, cərrah-uroloq, transplantoloq Rəşad Şolan bildirib ki, pasiyent çox ciddi endokrinoloji problemlərlə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Araşdırmalar zamanı müəyyən edilib ki, xəstənin sol böyrəküstü vəzində çox böyük törəmə var. Pasiyentin əvvəllər qarın boşluğunda müxtəlif açıq əməliyyatlar keçirilməsinə baxmayaraq, yenidən əməliyyatın laparoskopik yolla aparılmasına qərar verilib. Texniki cəhətdən çox mürəkkəb olsa da, əməliyyat uğurla başa çatdırılıb. Hazırda xəstənin vəziyyəti stabil və qənaətbəxşdir.