Azərbaycanda bu əməliyyat yalnız bir klinikada icra olunur – Zidd rezurslu qan qrupu olanlar üçün

  • 2018.07.14 15:27
  • 8798 Baxış
Azərbaycanda bu əməliyyat yalnız bir klinikada icra olunur –  Zidd rezurslu qan qrupu olanlar üçün
Azərbaycanda qurulan ailələrin bir çoxunda ər-arvadın zidd qan qrupuna malik olması onların övlad sahibi olmasında maneə yaradır və döl ana bətnində tələf olur. Bu günə kimi döldə qan çatışmazlığından uşaqsalma hallarının çıxış yolu olmasa da hazırda Azərbaycanda yalnız bir klinikada Tədris Cərrahiyyə Klinikasının Iimama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov tərəfindən icra olunur.


Medicina.az xəbər verir ki, son 2 ildə burda qan köçürülməsinin köməyilə 5 uşaq saxlanılıb və doğulub.

Zidd rezurslu hamiləliklərdə profilaktika məqsədilə iynə vurulmalıdır. Nadir hallarda iynənin təsiri olmur və döldə problem yaranır.

Bu zaman ana bətnində ikən dölə qan köçürməyə ehtiyac yaranır.


Mürəkkəb hamiləliyin uğurla sonlandırılması üçşün kifayət qədər uğurlu təcrübəyə sahib bu klinikada illərlə övladını itirən, hamiləliyi sonlandırılan və ana ola bilməyən ailələr övlad sahibi ola bilir.


Qeyd edək ki, bu əməliyyat zamanı göbək ciyəsindən dölə qan köçürülür.

 


Azərbaycanda bu əməliyyat yalnız bir klinikada icra olunur –  Zidd rezurslu qan qrupu olanlar üçün