BölmələrRU
Xidmətlər
 

Azərbaycanda beynəlxalq səhiyyə forumu keçiriləcək

"Dünyada tibb assosiasiyaları forumları keçirilir. Belə forumlar 1984-cü ildən bu günə kimi təşkil olunur. Forumda əsasən səhiyyədə qanunvericilik, icbari tibbi sığortanın formalaşdırılması, diplomdan sonrakı təhsil, ailə təbabəti və ilkin tibbi yardım göstərilməsi ilə bağlı məsələlər müzakirə olunur”. 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Rəşad Mahmudov deyib. Deputat bildirib ki, sonuncu belə forum ötən il İsraildə keçirilib. 

R.Mahmudov qeyd edib ki, həmin foruma Azərbayan tərəfindən birləşən assosiasiyalar müraciət edib, bundan sonra 50 ölkənin səsverməsi ilə forumun Azərbaycanda keçirilməsi üçün qərar qəbul olunub.

"Forumun bu il keçirilməsi nəzərdə tutulur. Forumun təşkilatçıları ölkəmizə gəlib lazımi görüşləri keçirdikdən sonra yekun qərarı verəcəklər. Bu forumun ölkəmizdə keçirilməsi səhiyyəmizin inkişafına öz töhfəsini verəcək”.