BölmələrRU
Xidmətlər
 

Azərbaycanda avtomobil qiymətinə döşək – 7000 manatlıq döşəyin özəlliyi nədir?

Bakıda qiyməti nə az, nə çox, 7000 manat qiyməti olan döşək satılır. Dünyanın tanınmış ortopetik yataq brendlərinin satışı ilə məşğul olan firma mağazasında satışa çıxarılmış bu döşək müalicəvi və ortopedikdir. Az qala bir avtomobil qiymətinə olan döşəyin özəlliyi nədir?
 
Clementine Deluxe adlı döşək Amerikanın Serta brendindədir. Bütünlüklə əl işidir. Tərkibində dəvə yunu var ki, dəvə yunu nəmi özündə saxlamır, revmatizmaya qarşıdır, allergikdir.  Bu döşəkdə yatanın oynaqları heç vaxt ağrımır, revmatizma yaranmır. Üzərinin parçası təmiz ipəkdir. Torba yay sistemi ikiqatdır. 5 zonlu olan döşək insan bədənini 5 hissəyə bölərək, bədən ağırlığını tənzimləyir, nəticədə onurğa düz qalır. Bu döşəkdə yatanlardan biri tərpəndikdə digər adam hiss etmir.
 
Döşəyin hər iki tərəfi istifadəyə yararlıdır: bir üzü yayda, bir üzü qışda istifadə oluna bilir. 

Bütün dünyada əl işi baha olduğundan bu döşək də istisna deyil. Əslində dünyanın ən bahalı döşəyi də bu deyil, 100.000 dollar qiyməti olan döşək də var.  
Döşəyin satışı ilə məşğul olan "Yatsan Azərbaycan”ın meneceri bahalı döşəyə tələbatın olub-olmaması ilə bağlı sualımıza belə cavab verdi:

"Dünyada ortopedik döşəklər, yataqlar həmişə qiymət fərqi ilə seçilib. Dünyanın çox məşhur otelləri, kurortları məhz belə döşəklərdən alır. Hazırda bizdə satışda olan 7000 manatlıq döşəyin də alıcısı olub. Bu döşəyi almağa səbəb həmin insanın sağlamlığı ilə problemi də ola bilər. 

Amma bu o demək deyil ki, bütün döşəklər belə bahalıdır. Bizdə hər büdcəyə uyğun ortopedik döşək və yataq məhsulları var. Hazırda ortopedik döşəklərə 50% endirim olduğundan çox münasib qiymətə təbii materialdan döşək və yataq ləvazimatları əldə etmək mümkündür”
 
 
Yatsan Azərbaycan 
Ünvan: Əhməd Rəcəbli 197(N.Nərimanov m/s yaxınlığı)
(012) 564 14 79
050  244 14 79